"Bu cür sərgilər ölkənin hərbi qüdrətini nümayiş etdirir" - POLİTOLOQ AÇIQLADI

"Bu cür sərgilər ölkənin hərbi qüdrətini nümayiş etdirir" - POLİTOLOQ AÇIQLADI

"Təbii ki, həm 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinin Bakıda keçirilməsi kifayət qədər əlamətdardır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, xüsusilə, pandemiya şəraiti ilə bağlı bir neçə ildir keçirilməyən bu hərbi sərgilərin 44 günlük Vətən müharibəsindəki zəfərimizdən sonra ilk dəfə keçirildiyini nəzərə alsaq, Azərbaycan Respublikasının müdafiə sənayesindəki yeniliklərin nümayiş etdirilməsi vasitəsilə sülh prosesinə mane olmaq istəyən bütün tərəflərə bir çox istiqamətli açıq mesajların da verildiyini unutmamalıyıq: "Həmçinin, ADEX- 2022 sərgisində Türkiyənin də iştirakı iki ölkə arasında hərbi əməkdaşlığın gələcək yol xəritəsi ilə bağlı daha aydın təsəvvürün formalaşmasına da imkan yaratmış oldu. Ona görə də, beynəlxalq platformada qətiyyətli çıxışları ilə fərqlənən ölkələrimizin diplomatik masa arxasındakı uğurlarının dəstəklənməsi üçün belə sərgilər vasitəsilə mütəmadi olaraq öz hərbi qüdrətini və birliyini nümayiş etdirməsi mütləqdir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə