“Ən böyük cəzanı ona Allah verib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ən böyük cəzanı ona Allah verib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qarbaçovun yaddaşlarda necə qalacağı ilə bağlı sualın cavabı birmənalı deyil. Məsələn, Qərb üçün Qarbaçov azad Avropanın təməli qoyan kimi yadda qalacaq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Berlin divarının sökülməsinə razılaşmaqla iki yerə bölünmüş Almaniyanı Qarbaçov birləşdirdi: “Varşava hərbi blokunun dağılmasına Qarbaçov yol açdı və dünyada soyuq müharibəni dayandırdı. Yəni Qarbaçovun əsas xidmətləri Qərblə bağlı olmuşdur. Amma köhnə Sovetlər Ittifaqına daxil olan Litva, Gürcüstan, Qazaxıstan və Azərbaycan xalqlarının yaddaşlarında Qarbaçov cinayətkar və cani kimi qalacaqdır”.

Deputat sözlərinə belə davam edib: “Sovetlər birliyinin haqsızlığına qarşı çıxaraq azadlıq arzularını ifadə edən xalqlarımıza qarşı qətliamların təşkilatçısı Qarbaçov olub. Təəssüf ki, törətdiyi cinayətlərə görə Qarbaçov ədalət məhkəməsində ittiham olunmadı. Amma ən böyük cəzanı ona Allah verib. Maddi imkanları geniş olmasına baxmayaraq vaxtsız həyat yoldaşının ölməsi, ondan sonra ağır xəstə və tənhalıq həyatını yaşaması onun üçün böyük cəza oldu. İndi də cani kimi ölüb getdi və onun getməyinə sevinirik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə