"Brüssel görüşü Ermənistan üçün tam qırılma nöqtəsi oldu" - DEPUTAT AÇIQLADI

"Brüssel görüşü Ermənistan üçün tam qırılma nöqtəsi oldu" - DEPUTAT AÇIQLADI

"31 avqust tarixində dördüncü Brüssel görüşü baş tutdu. Bu görüşdə Azərbaycan növbəti təsirli addımlar atdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, görüşdə yekun sülh sazişinin mətninin müzakirələr aparılması haqqında razılıq əldə olundu: "Ermənistan tərəfi bunun qarşısını almağa çalışsa da, bacara bilmədi. Ümumiyyətlə Ermənistan hər vasitə ilə Azərbaycanın haqlı maraqlarına uyğun cərəyan edən proseslərin qarşısını almağa çalışırdı. Bu istiqamətdə ABŞ da, Fransa da Ermənistana açıq-aşkar dəstək olurdular. ABŞ-ın ATƏT-in Minsk Qrupunda öz təmsilçisini təyin etməsi əsasən sülh prosesinin qarşısının alınmasına hesablanmışdı. Təbii ki, belə olan şəraitdə sülh prosesi haqqında danışmaq üçün elə bir əsas qalmamalıdır. Amma Azərbaycan bütün bunların qarşısını çox böyük ustalıqla aldı. Brüssel görüşündən öncə Laçın dəhlizi bildiyimiz kimi Azərbaycanın tam nəzarəti altına keçdi. Laçın şəhəri, Zabux və Sus kəndlərindən ermənilər çıxarıldı. Yəni Azərbaycan masaarxasına daha güclü tərəf kimi oturdu. Təbii ki, Azərbaycanın haqlı mövqelərinin getdikcə daha da möhkəmnlənməsi müvafiq olaraq Ermənistanın məğlub vəziyyətini daha da ağırlaşdırır. Belə olan halda Ermənistan heç bir manevr edə bilmir. Brüssel görüşündəı bir daha bunun şahidi olduq. Brüssel görüşü Ermənistan üçün tam qırılma nöqtəsi oldu. Hesab edirəm ki, bundan sonra Ermənistan tərəfinin hər hansı bir manevr etmək istəyi olmayacaq. Çünki onun bütün cəhdləri fiaskoya uğradı. Ermənistanın Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqları üzərindən manipulyasiya etmə cəhdləri puç oldu. Ermənistan işğalçı ölkə obrazında qəbul olunur. Bir sözlə hesab edirəm ki, Brüssel görüşündə Azərbaycan növbəti qələbəsini qazandı".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə