"Ermənistanın razılaşmalara əməl etməməsinin səbəbi Paşinyanın qətiyyətsizliyidir” - PARTİYA SƏDRİ AÇIQLADI

"Ermənistanın razılaşmalara əməl etməməsinin səbəbi Paşinyanın qətiyyətsizliyidir” - PARTİYA SƏDRİ AÇIQLADI

"Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin artıq dördüncü görüşü keçirilir. Bundan əvvəlki üç görüşdə ümidverici nəticələr olmuş və müəyyən razılaşmalar əldə edilmişdi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, amma Ermənistan bu razılaşmaların reallaşmaması üçün əlindən gələni etdi: "Bu səbəbdən həm delimitasiya və demarkasiya üzrə, həm Zəngəzur dəhlizinin işə salınması üzrə əldə olunmuş razılaşmalar icra olunmadı və bu istiqamətlərdə heç bir irəliləyiş yoxdur. Bugünkü görüşdə sülh sazişinin imzalanması istiqamətində irəliyə doğru müəyyən addımların atılmasını gözləyirik. Amma düşünürəm ki, Paşinyan özünü hər hansı bir ciddi addımların atılması və qərarların qəbul etməsində güclü hesab etmir. Bu baxımdan düşünürəm ki, bu günə qədər Ermənistanın razılaşmalara əməl etməməsinin səbəbi Paşinyanın qətiyyətsizliyidir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə