"Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirlər" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirlər" - POLİTOLOQ ŞƏRH ETDİ

“Şuşada keçirilən beynəlxalq konfransa həm ABŞ, həm də Fransa səfirliyi dəvət almasına baxmayaraq iştirak etməyiblər. Bu birinci dəfə deyil”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nüriyev bildirib.

Onun sözlərinə görə, səhv etmirəmsə ötən ilin iyul ayında da belə bir hadisə yaşanıb. Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev buna cavab olaraq bildirdi ki, ABŞ və Fransanın səfirləri Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirlər. Düzdür ABŞ səfirliyi o dəqiqə reaksiya bildirib ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Amma bütün bunların hamısı ikili standartla həyata keçirilir. Yəni sözdə ABŞ səfirliyi bir cür, əməldə isə ayrı cür hərəkət edir. Fransadan bu gözlənilən hərəkət idi. Çünki Fransanın indiki prezidenti siyasətdən uzaq bir insandır. Avropa İttifaqını dağıtmaq üçün belə bacarıqsız bir insanı hakimiyyətə gətiriblər. Makron bunu çox uğurla həyata keçirdi.

ABŞ-ın hazırda dövlət siyasəti qeyri-müəyyəndir. Yəni Tramp gəldi-getdi. Bayden köhnə siyəsətçi olsa da onu hakimiyyətə gətirənlərin marağına xidmət edir. görülən odur ki, ABŞ-da artıq şəxsi maraqlar milli maraqları üstələyir və partiya maraqları ABŞ-ın beynəlxalq maraqlarını ikinci sıraya keçirə bilir. Hazırda orada respublikaçılarla demokratlar arasında ciddi qarşıdurma var. qarşıdan gələn seçkilərdə yenidən respublikaçılar Trampı hakimiyyətə gətirmək istəyir, demokratlar isə Baydenin artıq qocaldığını və əvəsinə yenisinin gəlməyini istəyirlər. ABŞ-da bütün bu məsələləri dərin dövlət idarə edir. Dərin dövlətin də marağı hazırda Qafqazda öz siyasi gücünü bərpa etmək, eyni zamanda Ermənistanı Rusiyanın təsirindən çıxarmaqdır. Bütün bunların fonunda da yaranan vəziyyət ondan ibarətdir ki, həm ABŞ, həm də Fransa bir növ siyasi orientasiyasını itirib. ABŞ ölkə Prezidentinin bu qədər uzaqgörən olduğunu hesabalaya bilməyib. Yəni Azərbaycan Prezidenti ABŞ siyasətçilərini təəccübləndirməyi bacarıb. Ona görə də çalışırlar ki, Azərbaycanda xaos yaratsınlar və bu xaosu idarə etsinlər. İnanıram ki, bu alınmayacaq. Ölkəmizdə yaranan yeni siyasi arxitektura heç də Qərbin maraqlarına uyğun deyil. Düşünürəm ki, bizə belə siyasi hücumlar davam edəcək. Amma nəticələri uğursuz olacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə