Azərbaycan Ordusunun Laçına daxil olması Gürcüstan KİV-lərində

Azərbaycan Ordusunun Laçına daxil olması Gürcüstan KİV-lərində

Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması və şəhərdə Azərbaycan Bayrağının ucaldıması Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanın interpressnews.ge, gaxa.ge, aktual.ge, kavkasia.net, 24news.ge, aktual.ge portallarında silsilə materiallar dərc edilib.

Azərbaycan, gürcü, ingilis və rus dillərində olan materiallarda oxuculara Azərbaycan Ordusunun bölmələrinin Laçına daxil olması və Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması, eləcə də Azərbaycan Prezidentinin bununla əlaqədar söylədiyi fikirlər barədə ətraflı məlumatlar çatdırılıb.

Materiallarda Laçın rayonunun tam Azərbaycan Ordusunun nəzarətinə keçdiyi xüsusi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə