"Bu görüş bölgənin inkişafına böyük təkan verəcək” - DEPUTAT ŞƏRH ETDİ

"Bu görüş bölgənin inkişafına böyük təkan verəcək” - DEPUTAT ŞƏRH ETDİ

“Ali Baş Komandanımız cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Türkiyəyə səfər etmişdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.

Onun sözlərinə görə, bu səfərdə çox mühüm məsələlər müzakirə olundu və bütün dünyaya bir daha göstərdik ki, Türkiyə və Azərbaycan qardaş ölkədir: “Bizim qardaşlığımız daimidir. Bütün dünyaya sübut edildi ki, Azərbaycanın və Türkiyənin dediyi həyata keçirilib. Həyata keçirilən layihələr Cənubi Qafqazda sabitliyin təmin olunmasına xidmət edir. Xəzəryanı ölkələrdə türk xalqlarının birləşməsi, bölgədə iqtisadiyyatın inkişaf etməsi, hərbi güclərin artması və digər vacib məsələlərin müzakirəsi edilmişdir. Gələcək üçün hazırlıqlar və danışıqlar aparılır. Təbii ki, 44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra Azərbaycan bir neçə məsələdə ikitərəfli müvaqilələr həyata keçirmişdir. Bütün dünya bir daha gördü ki, Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkədə necə böyük təntənə ilə qarşılandı, bir yerdə fotolar çəkildilər. Bu, Türkiyənin Azərbaycana həm müttəfiq, həm dost, həm də bir qardaş kimi necə dəyər verdiyini bütün dünyaya sübut etdi. Gələcəkdə də bu kimi görüşlər davam edəcək və bu görüşlər bizim dövlətimizin, bölgənin inkişafına böyük təkan verəcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə