Unutmasınlar: ŞUŞA BƏYANNAMƏSİ qüvvədədir! SİYASİ RAKURS+ÖZƏL

Yekun rəyini ortaya qoyan bilavasitə RƏSMİ BAKIDIR və SON SÖZ DƏ BAKININDIR!

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir müddət əvvəl Polşada olarkən belə bir iddia ilə çıxış etmişdi. SİTAT: “Azərbaycanın maksimalist ritorikası regional sabitliyin və sülhün əldə olunmasına mane olur”. Və maraqlısı da budur ki, erməni XİN-nin rəhbəri Azərbaycanın “maksimalizmi” barədə danışarkən bunu hansı istiqamətdə gördüyünü deməyib. Daha dəqiq desək, Mirzoyan üçün əsas budur ki, hər nə olursa-olsun, Ermənistan rəhbərliyini “mələk” qismində təqdim edib Azərbaycan rəhbərliyini “aqressiyada” ittiham etməlidir, yəni bu, faktiki olaraq 44 günlük müharibədən sonra rəsmi İrəvanın tutduğu və bu gün də davam etdirdiyi, ancaq heç nə əldə edə bilmədiyi qeyri-ciddi davranışıdır. Əslində isə fakt budur ki, hazırkı dövrə qədər əldə olunmuş razılaşma və bəyanatların hər birində irəli sürülən şərtləri məhz rəsmi Bakı - özü də maksimal təmkini və iradəsi ilə icra edir, Ermənistandan fərqli olaraq. Amma buna rəğmən, səbrinin tükənəcəyi siqnallarını da verir, bunun isə məsuliyyəti məhz Ermənistanın maksimal qeyri-ciddiliyi, inadkarlığı üzərindədir.

Əgər bu gün Ermənistan rəsmiləri hərəsinin əlində yekə qovluqlarla Avropa ölkələrini, ABŞ-ı gəzərək “pis türklərin artsaxda erməni irsini dağıtmaları” haqqında lələdöyənlik edirlərsə...

Mirzoyanın sözlərindən belə çıxır ki, sən demə biz, yəni Azərbaycan hər şeyə dərhal son qoymalı, üzr istəməli və əlavə olaraq onların “şərtlərinə” əməl etməliymişik (???!!!-R.R.). Əbəttə ki, biz əsla belə şeylərə razı olmarıq və əgər buna görə Ermənistan siyasi böhranla üzləşəcəksə, rəsmi İrəvan özü-öz problemlərini həll etsin və ilk növbədə, qonşuları ilə normal münasibət qurmağın, regional sülhün yaranmasına töhfə verməyin yollarını axtarıb-arasın – nəhayət, sülh sazişinin imzalanması prosesini ləngitməsin!

Əgər bu gün Ermənistan rəsmiləri hərəsinin əlində yekə qovluqlarla Avropa ölkələrini, ABŞ-ı gəzərək “pis türklərin artsaxda erməni irsini dağıtmaları” haqqında lələdöyənlik edirlərsə, əslində bu da Azərbaycanda ironik gülüşlər yaradır. 30 il (!!!) boyunca ermənilər Qarabağda tarixi Azərbaycan irsini, mədəniyyətini, dini abidələrini və s. dağıdıb-məhv ediblər və bunun da cavabını verməli olacaqlar. O cümlədən, Qarabağda “qədim erməni irsi” olmadığına görə, onlar özlərindən minlərlə sərsəm “iddialar” səsləndirə bilərlər, onların heç biri istədikləri nəticələri verməyəcək, buna əmin olsunlar.

Erməni tərəfi bu güzəştlərin hər birindən yararlanaraq gündə acqarına 10 min dəfə Azərbaycan dövlətinə çox sağ ol deməlidir

Reallıqda isə məsələ belədir: Bakı İrəvana kifayət qədər güzəştlər edib və bundan sonra hansısa güzəştlərə getmək, sadəcə doğru olmazdı, hətta belə desək, ağ olardı. Belə ki, hər şeyin çərçivəsi var və bundan o yanası yoxdur. Erməni tərəfi bu güzəştlərin hər birindən yararlanaraq gündə acqarına 10 min dəfə Azərbaycan dövlətinə çox sağ ol deməlidir. Şərtimiz isə təxminən belə bir mənzərə fonundadır – siz özünüzü yaxşı aparırsınız və bunun qarşılığında biz sizə heç nə etmirik. Nə Haropla, nə Bayraktarlar havaya qaldırılmır, nə xüsusi təyinatlılar yenidən yumruqlarını havaya qaldırıb başınıza endirmir, nə də Yerablur məzarlığında yeni qəbirlər qazılmır. Həqiqət budur, kapitulyasiyaya uğramış bir ölkənin rəhbərliyi qalib qarşısında çox da sağına-soluna bel bağlamamalıdır, əks halda...

Yaxşı, əgər Qarabağdakı separatçıların qondarma parlament rəhbəri “artsaxın müstəqilliyinin 31-ci ildönümü” ilə bağlı xarici ölkələrdəki ağalarını, Ermənistan parlamentinin nümayəndələrini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərə “bayram” etmək üçün dəvət edirsə, üstəlik bunun müqabilində yenə də “artsaxın” saxta və burnundan o tərəfi görə bilməyən “dövlət naziri” Artak Beqlaryan “Dağlıq Qarabağ münaqişəsi sülh yolu və danışıqlar masası arxasında öz həllini tapmalıdır” tipli axmaq və murdar qoxu verən fikirlərini səsləndirirsə rəsmi Bakı hansı addımı atmalıdır?! Yaxud, rəsmi Bakı hansı addımı (artıq bu addım yetişib-R.R.) atacaq da?!

ANTİTERROR!

Deməli, Azərbaycanın Prezidenti İlham Əliyev bəyan edir ki, “Dağlıq Qarabağ” ifadəsi mövcud deyil, Qarabağ münaqişəsi isə başa çatıb və o da artıq mövcud deyil, bunlar hələ də nala-mıxa döyəcləyib baş ağrıdırlarsa, Bakının buna qarşı başqa hansı addımlar atması ehtimalları qalır? ANTİTERROR! Məhz qısa müddətli antiterror əməliyyatı ilə bütün ortada qalan kiçik problemləri yerindəcə həll etmək olar. Ona görə də ərazi iddialarından əl çəkməklə, sərsəm “erməni irsi” ətrafında hay-haray qaldırmaq yerinə sülh razılaşmasını imzalamaqla bütün bunlardan yan keçmək mümkündür.

Sonda isə daha bir qeydi etmək vacibdir. Bəli, bu gün müxtəlif qütblərdə siyasət yürüdən dairələr və ya şəxslər vasitəçilik edə bilərlər, amma həmin vasitəçiliklər yalnız və yalnız vasitəçilik missiyasından o yana keçmir və qərarları da nə Vaşinqton, nə Brüssel, nə də Moskva vermir, qərarları verən və yekun rəyini ortaya qoyan da bilavasitə RƏSMİ BAKIDIR –SON SÖZ BAKININDIR. İrəvan isə artıq il yarımdan çox müddətdir ki, ona verilən sonuncu şansından elə Ararat Mirzoyanın özünün dediyi kimi maksimal qaydada istifadə etməlidir, nə qədər gec deyilsə, əlbəttə ki...

Bax, bunu isə heç vaxt, qətiyyən unutmasınlar!

Yeri gəlmişkən, Prezident İlham Əliyev keçirdiyi sonuncu müşavirəsində mövzu ilə bağlı fikirlərini açıqlayarkən bütün bu kimi faktorlara dərindən toxundu, hətta son vaxtlar erməni tərəfinin qoltuğuna qarpız verən Rusiya sülhməramlılarının da tərəfinə barmaq silkələdi ki, ağıllı olsunlar, üzərlərinə götürdükləri missiyalarını dürüst şəkildə icra etsinlər. Daha zirehli texnikalarının gizli yerlərində separatçılara silahlar daşımasınlar, terrorçuların Qarabağda istehkam və səngər qazmalarına mane olsunlar, qanunları pozanları cəzaya cəlb etsinlər və s.

Və ən əsası, heç bir tərəf unutmamalıdır ki, Azərbaycanın təmsil olunduğu ŞUŞA BƏYANNAMƏSİ qüvvədədir və bu Bəyannamənin altında iki regional siyasi nəhənglərin imzaları dayanır. Bax, bunu isə heç vaxt, qətiyyən unutmasınlar!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə