“Azərbaycan-İran münasibətləri yüksələn xətlə inkişaf etməkdədir” - POLİTOLOQ AÇIQLADI
“Son zamanlarda Azərbaycan-İran münasibətləri kifayət qədər yüksələn xətlə inkişaf etməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, istər enerji təhlükəsizliyi, istərsə də digər strateji sahələrdə əməkdaşlığın davam etdirilməsi, regionda sülh və təhlükəsizliyin təmin olunması üçün ortaq yol xəritəsinin müəyyənləşdirilməsi və birgə layihələrin davamlı şəkildə icra olunması qarşıya qoyulan əsas hədəflərdir: “İki dövlətin xarici işlər nazirləri arasında keçirilən rəsmi görüşlər də məhz bu hədəflərə doğru daha sürətli və adekvat addımların atılması üçün qarşılıqlı maraqları təmin edəcək müzakirələrin davam etdirilməsi məqsədi daşıyır. Heç şübhəsiz ki, Azərbaycan-İran ikitərəfli və Azərbaycan-Türkiyə-İran üçtərəfli müzakirələrin intensivləşdirilməsi "3+3 platforması"nın yaxın gələcək uğurla icra olunmasına və beləliklə də, regionda sülhquruculuğu prosesinə mütləq töhfə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB