Bakının birtərəfli sərt və qətiyyətli addım atmasından başqa yolu qalmır
Azərbaycan xalqı dəfələrlə, eləcə də 44 günlük Vətən müharibəsindən sonra da Ermənistan rəhbərliyi və millətçi ermənilər tərəfindən həyasız davranışların şahidinə çevrilib. Daha dəqiq desək, bu kimi halda onilliklər boyu davam edib, indi də bu cürdür.
Lakin sırf erməni məkrinə hesablanan bu ənənəvi həyasızlıq prosesi yalnız Azərbaycan xalqına və dövlətinə qarşı deyil, eyni zamanda digər qonşulara, özəlliklə uzun illər Ermənistanın ayaqda qalmasına səbəb olan Rusiyaya qarşı da tətbiq olunmaqdadır. Məsələn, 44 günlük müharibə zamanı Rusiyanın Ermənistana dəstək göstərməməsi ətrafındakı iddialar bu günün özündə belə erməni hakimiyyətinin rəhbərliyində, habelə ictimai rəyində çarx kimi fırladılmaqdadır. Görünür, erməni hakimiyyətinin və ictimai rəyinin bu məsələdə unutmaq xəstəlikləri eynidir.
Nə qədər ki, Rusiya və Qərb erməni həmkarlarına xatırlatmalar etməzlərsə, bundan sonra da Azərbaycan tərəfinin sərt reaksiyaları ilə qarşı-qarşıya qalmış olacaqlar!
Beynəlxalq aləm və hüquq da sübut edirdi ki, müharibə Azərbaycanın ərazisində gedib, belə ki, Ermənistan onilliklər boyu Azərbaycanın ərazilərini işğala məruz qoymuşdu. Paralel olaraq BMT-nin bütün qətnamələri və s. sənədlər də həmin reallığı vurğulayırdı. Lakin ən əsası – Ermənistanın baş naziri dünyanın gözü qarşısında üçtərəfli bəyanata imza atdı və orada qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycanın ərazilərindən çıxarılması öhdəliyini götürdü. Üstəlik, nə qədər ki, Rusiya və Qərb məmurları, ekspertləri, konfliktoloqları erməni həmkarlarına bu haqda xatırlatmalar etməzlərsə, onlar bundan sonra da Azərbaycan tərəfinin sərt reaksiyaları ilə qarşı-qarşıya qalmış olacaqlar!
Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə gəlincə, Ermənistan bu məsələdə də özünü bakirə, günahsız qızlar kimi aparır. Halbuki, həmin Ermənistan 30 ilə yaxın dövr ərzində Azərbaycana qarşı təcavüzkar siyasəti aparıb, istila və işğalla məşğul olub. Bu reallığı da bütün dünya qəbul edirdi!
Əgər bu gün Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, Azərbaycan haqlı olaraq sərhədlərin dəqiqləşdirilməsi prosesini yavaş-yavaş da olsa həyata keçirir, üstəlik beynəlxalq ictimaiyyət də bunu yaxşı bilir. Uzağı yerdə qalan məsələlərin sülh yolu ilə həlli çağırışları edilir.
Bakı yetərincə konstruktivlik göstərib!
Erməni tərəfinin Rusiyanın onlara köməklik göstərməməsi ilə bağlı ittiham etməsinə gəlincə isə, Rusiyanın bu məsələyə hər hansı aidiyyatı yoxdur. Misal üçün, indinin özündə də faktlar var ki, Rusiya müharibə vaxtı Ermənistanı bacardığı qədər silah-sursatlarla təmin edirdi. İndi isə erməni rəhbərliyi özünə yaxın KİV-lər və sosial şəbəkələr vasitəsi ilə 2020-ci ildə rusların göstərdikləri yarımlaraı sıfırlamağa çalışırlar. Artıq rusiyalı məmurlar və ekspertlərə həmin məsələləri də xatırlatmağın vaxtı çatıb ki, yatmasınlar, oyansınlar və ermənilərin “çoxsağollarından” nəticə hasil etsinlər...
Ermənistan rəhbərliyi isə hay-şivən qoparıb yaxa cırmaqdansa Azərbaycanla konstruktiv mövqedə davranıb sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı üzərinə düşən öhdəliklərini həyata keçirməlidir.
Başqa tərəfdən, erməni rəhbərliyi müharibədən sonra Azərbaycana qarşı təxribatlar törətməyə göndərilən və nəticədə ələ keçirilən diversantlarının azadlığa buraxılmaları üçün nə etməli olduğunu da yaxşı dərk edir. Bunun üçün isə üçtərəfli bəyanatda tələb olunan şərtlərə əməl etməyin zamanıdır. Bakı yetərincə konstruktivlik nümayiş etdirib.
Təəssüf ki, erməni siyasi həyasızlığı davam edir
İrəvan unutmamalıdır ki, müharibədən sonra ötən 1,5 ildə Azərbaycan tərəfindən Ermənistana kifayət qədər diversantlar qaytarılıb, Gorus-Qafan yolu 6 ay rahatlıqla açıq olub, erməni zəvvarları isə Xudavəng monastırını ziyarət etmək imkanlarını əldə ediblər – hamısı Azərbaycanın xoşməramlı və sülhpərvər, eləcə də humanizm prinsiplərini təmin etməsi sayəsində!
Təəssüf ki, erməni siyasi həyasızlığı davam edir və görünür Xankəndi, Zəngəzur məsələlərində yenə də belə davam edəcəyi halda, daha dəqiq desək, staqnasiya (durğunluq) prosesi gedəcəksə, Azərbaycanın birtərəfli qəti və sərt addımlar atmasından başqa yolu da qalmayacaq!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB