"Ermənistan iqtidarının və müxalifətinin oyun havası məlumdur" - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Ermənistan iqtidarının və müxalifətinin oyun havası məlumdur" - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Bu gün Ermənistanın hakim dairələri, həm də müxalifəti aydın istiqamət proqramlarına malik olmadıqlarına görə nə etdiklərini, hansı məqsədlər uğrunda mübarizə apardıqlarını dəqiq bilmirlər". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, onlar başqaları tərəfindən idarə olunurlar və onlara maliyyə vəsaiti ayıranların, dəstək verənlərin diktəsi ilə hərəkət edirlər.

“Hamıya məlumdur ki, Ermənistan müstəqil siyasət yeritməyə qadir olan dövlət deyil. Bu dünən də belə idi, bu gün də belədir. Çünki millətçilik, faşist ideologiyasına xidmət, daim başqasının kölgəsinə sığınmaq, yalvarmaq, yaxarmaq ermənilərin qanına işləyib və onlar tarixən bu ruhda tərbiyələniblər. Belə bir vəziyyətdə milli maraqlara xidmət etmək, erməni xalqını düşdüyü ağır, böhranlı vəziyyətdən qurtarmaq, iqtisadiyyatı dirçəltmək, qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq istər iqtidarı, istərsə də müxalifəti düşündürmür. Onları düşündürən ağalarının maraqlarını həyata keçirmək, hakimiyyətə gəlmək, var-dövlət, vəzifə qazanmaqdır. Ona görə də bu gün vəzifədə olanlar, eləcə də olmayanlar yalnız millətçilik ruhuna kökləniblər. Çünki bu Ermənistanın dövlət siyasətidir və erməni xalqı bu siyasətin quludur.

Əgər hər hansı bir erməni siyasətçi millətçiliyi təbliğ etməsə, özünü milli qəhrəman kimi tanıtmasa, “Böyük Ermənistan”, ermənilərin ali xalq olmasından danışmasa, yalanlar uydurmasa sözsüz ki, onun irəli getmək, vəzifə tutmaq imkanı olmayacaqdır. Məhz buna görə də 44 günlük müharibədə ağır zərbələr almalarına, təslimlik aktına imza atmalarına, döyüşlər zamanı qaçıb gizlənmələrinə baxmayaraq bu gün yenə də Ermənistanın hərbi-siyasi hakimiyyəti, eləcə də ən çox müxalifəti revanş götürməkdən, yeni müharibəyə hazırlaşmaqdan, işğal etdikləri torpaqları geri qaytarmaqdan bəhs edirlər. Onlar bunu deməyə məcburdurlar. Çünki qanı korlanmış erməni xalqını başqa sözlərlə ovundurmaq, ələ almaq mümkün deyildir. Həm də bu sözləri ermənilərə tabe olduqları, sığındıqları, ümidlə baxdıqları dövlətlər dedizdirirlər. İqtidarlı-müxalifətli hamısı Qərbin, Avropanın və Rusiyalı millətçilərin çaldığı havalara oynayırlar. Oyun havaları isə tükənməkdədir. Ermənistan reallıqların havasına alışmalı və bu havaya oynamalıdır. Bu havanın ritmləri isə bağlanmış üç tərəfli bəyanatlarda, Avropa İttifaqının göstərişlərində və Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışlarında aydın əksini tapmışdır. İndi Ermənistan iqtidarı, eləcə də müxalifəti bu havaya köklənməli və oynamalıdırlar. Yoxsa onları Dəmir yumruq ayıltmalı və oynatmalı olacaqdır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə