"Azərbaycan-Türkiyə əməkdaşlığı bir nümunədir" - Ufuk Ulutaş

Bu gün Şuşada olmağımız təsadüfi deyil. Konfransın bu Zəfər şəhərində keçirilməsi qürurvericidir. Bu müqəddəs torpaq Şuşa Bəyannaməsinin imzalandığı şəhərdir.
SİA xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında söyləyib.

O deyib: “Türk dövlətləri olaraq çox uğurlu bir yoldayıq. Türkiyə bu yolun bir parçası olaraq davam edəcək. Azərbaycan-Türkiyə əməkdaşlığı Cənubi Qafqaz və Orta Asiya regionundakı münasibətlər sistemində bir nümunədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə