Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyaya yeni nəfəs verdi ŞƏRH

Prezident İlham Əliyev: “Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir”

Artıq kifayət qədər məlumdur ki, Azərbaycanın Qoşulmama Hərəkaktındakı üzvlüyü, eləcə də bu mötəbər quruma sədrliyi ölkəmizin bütün uğur prioritetlərini beynəlxalq aləmdə nümayiş etdirir. Daha dəqiq desək, Qoşulmama Hərəkatı son on illərdə ən fəal prinsiplərini məhz Prezident İlham Əliyevin Sədrliyi dönəmində keçirir. Dövlət başçımızın quruma Sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və ambisiyalı qlobal fəaliyyət planı hazırlaması, dünyanın yeni quruluşu kontekstində sülh və inkişaf trayektoriyasını cızması, əsasən də COVİD-19 pandemiyasının dünyanı bürüməsi zamanı yaranmış yeni situasiyada operativ, adekvat və münbit reaksiyası öz müsbət nəticələrini verdi.

Bu xüsusda biz Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində reallaşdırdığı uğurlarını onun fikirləri ilə də qeyd edə bilərik

Təbii ki, ölkəmizin pandemiyaya qarşı qlobal səylərini səfərbər etməsi və bu istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüsləri həm də yüksək idarəçilik amilini isbatladı. Bu xüsusda biz Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində reallaşdırdığı uğurlarını onun fikirləri ilə də qeyd edə bilərik. Belə ki, hələ ötən il avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsinə Sədrlik etdiyi konfrasda bir sıra önəmli məqamları diqqətə çatdırıb. “Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir”, deyə dövlət başçısı prioritet istiqamətləri açıqlayarkən vurğulayıb.

Danılmaz faktdır ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının hazırkı dünyadakı proseslərdə əhəmiyyətli beynəlxalq platforma olmasının aktuallığını vurğulayır

Eyni zamanda, daha bir əhəmiyyətli məqamı da xatırladaraq deyə bilərik ki, ölkəmiz bu günün özündə də mühüm qərarların verilməsi prosesində öncüllük prinsipini qoruyub-saxlayır. Misal üçün, danılmaz faktdır ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının hazırkı dünyadakı proseslərdə əhəmiyyətli beynəlxalq platforma olmasının aktuallığını vurğulayır, bir sıra digər önəmli təşəbbüslərlə çıxış edir. Cənab İlham Əliyevin pandemiyadan sonrakı dövr üçün Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatının yüksək səviyyəli görüşünün təşkil edilməsi, Qoşulmama Hərəkatının COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli BMT Panelinin yaradılması, Qoşulmama Hərəkatının təsisatlanması ideyası ilə bağlı məsləhətləşmələrin keçirilməsi, Hərəkat üzvlərinin parlamentariləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin formalaşdırılması kimi təşəbbüsləri BMT-dən sonra ən böyük ikinci beynəlxalq platformada yüksək diqqətlə qarşılanır, yüksək dəyərləndirilir.

Qoşulmama Hərəkatının rolu Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır

Bütün bu kimi amilləri nəzərə almaqla artıq əminliklə qənaətə gələ bilərik ki, Azərbaycanın Qoşulmama Hərəkatına Sədrliyi tarixi hadisə olması ilə yanaşı, bu mötəbər qurumun fəaliyyəti dövründə ən yadda qalan uğur olaraq səciyyələndirilə bilər. Söz yox ki, beynəlxalq aləmdə baş verən qlobal proseslərin məntiqi də elədir ki, məhz indiki dövrdə - dünyanın çoxqütblü olduğu, geosiyasi xəritəsinin yenilənməsi fonunda Qoşulmama Hərəkatının rolu Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Təbii ki, bütün bunlar dövlətimizin regional gücdən beynəlxalq gücə çevrilməsi gerçəkliyini bir daha isbat edir.

Almaz HƏŞİMOVA,

YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...