"Kəlbəcərdə yeni hərbi hissənin istifadəyə verilməsi..."

Azərbaycan işğaldan azad etdiyi torpaqlarda hərbi, siyasi, strateji üstünlüklərlə möhkəmlənir və bunu beynəlxalq miqyasda qəbul etdirir. Ordu hər bir millətin qüruru mənbəyidir. Danılmaz faktdır ki, hər birimiz Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Ordumuza daha çox bağlandıq. Cənab Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələri gününü məhz Kəlbəcər-Laçın bölgəsində qeyd etdi. Azərbaycanın qərbdən qala qapısı olan Kəlbəcərə səfər mühüm rəmzi məna daşıyır. Cənab Prezidentimiz coğrafi özəllikləri ilə fərqlənən Kəlbəcərə ikinci dəfə səfər edərək orada gedən quruculuq işləri ilə tanış oldu. Bildiyimiz kimi, regionların sosial-iqtisadi inkişafı ölkə başçımızın siyasətinin əsas hissəsindən biridir. Əfssuslar olsun ki, 30 ilə yaxın zamanda düşmən işğalında olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bu proqramlardan kənar qalıb. Buna paralel olaraq, mənfur düşmən orada heç bir quruculuq işləri həyata keçirməyib və bununla da kifayətlənməyərək oradakı obyektləri, sanatoriyaları, tarixi, dini abidləri darmadağın edib. Amma işğaldan azad olunmasından iki ilə yaxın müddət ərzində orada nəhəng layihələr, quruculuq işləri həyata keçirilir. Ötən il cənab Prezidentimizin Kəlbəcərə səfəri zamanı təməlini qoyduğu layihələr içərisində Kəlbəcərdən Göygölə tunel yolunu bir daha diqqətə çatdırmaq istərdim. Bu tunelin tikintisi həm təhlükəsizliyin təminatı, həm də məsafələrin qısaldılması, turistləri cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkə başçımızın bu dəfəki səfəri zamanı həm sözügedən tunelin tikintisi ilə maraqlanması, eyni zamanda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində, Kəlbəcərdə ikinci su elektrik stansiyasının və Azərbaycan Ordusunda sayca ikinci olan komando hərbi hissəsinin açılışında iştirak etməsi burada həyata keçirilən mühüm layihələrdəndir. Bu təbirlər iqtisadi gücünün nümayişi ilə yanaşı həm də Azərbaycan Ordusunun inkişaf etməsi hesab edilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər rayonunda hərbi hissənin açılışında iştirak etməsi və nitq söyləməsi bir diqqətləri bölgəyə yönəltdi. Komando birliklərin yaradılması istiqamətində dövlətimizin addımlarından biri də Kəlbəcərdə oldu. Azərbaycan Ordusunun tarixi missiyanı şərəflə yerinə yetirməsini diqqətə çatdıran ölkə başçımız qalib xalq kimi Ordu günümüzü iftixarla qeyd etdiyimizi vurğuladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunu 21-ci əsr müharibəsinin qalibinə çevirdi. Regionun ən güclü, dünyanın isə 50 ən güclü ordusunundan biri olan Azərbaycan Ordusu hər gün yeniləşən müasir standartlara uyğunlaşması davamlı xarakter alıb. Bu yalnız komando hərbi hissələrinin sayının artması ilə məhdudlaşmır. Azərbaycan Ordusunun tərkibinə daxil olan birliklərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təlimlər həyata keçirilir. Reallıqdır ki, sərhəd bölgələrdə hərbi təhlükəsizlik möhkəmlənməsəydi infrastruktur layihələrin də icrası çətin olardı. Bu baxımdan ilk növbədə hərbi infrastruktur genişləndirməsi, möhkəmləndirməsi ön plana çıxır. Hər birimizin bildiyi kimi. infrastruktur layihələrin həyata keçirilməsindən öncə ilk olaraq təhlükəsizlik təmin olunmalıdır. Bunun üçün isə təsadüfi deyilki burada komando briqadasının yaradılması və onun ayrı-ayrı bölüklərdən ibarət olmasını ifadə edir. bu isə bölgənin təmamilə nəzarət altında saxlanılmasına xidmət edəcək. Peşəkar səviyyədə təhlükəsizliyi təmin edəcək qüvvədən söhbət gedirsə peşəkar, lokal səviyyədə əməliyyata qatıla biləcək, relyef üzrə ixtisaslaşan hərbi birləşmə nəzərdə tutulur. Xüsusilə son dövrlər dünyada cərəyan edən hadisələr bir daha sübut edir ki, ölkənin təhlükəsizliyi hər bir amildən öndədir. Azərbaycan Ordusunun dünya hərb tarixinə yazılan Vətən müharibəsindəki qələbəsində öz gücünün nümayişi və bu gün də bu gücün artırılması Azərbaycan əsgərinin hər daim döyüşə hazırlığının göstəricisidir.

Xumarə Familli

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə