"YAŞAT Fondu böyük işlər görüb və görməyə də davam edir" - DEPUTAT ŞƏRH ETDİ

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu, yəni YAŞAT Fondu yaradıldı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli MMəclisin deputatı Cavanşir Paşazadə bildirib.

Onun sözlərinə görə, şəhid ailələri, qazilər və müharibə iştirakçıları hər zaman dövlətin əsas prioritet sahələrindən biridir: “Onların həyat şəraitinin yaxşılaşdırılması, müalicəsi istiqamətində çox vacib işlər həyata keçirilir. YAŞAT Fondu yarandığı ilk vaxtlardan şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlamışdır. Şəhid ailələrinin evlə təmin olunması, məişət texnikaları ilə təmin olunması üzrə işlər həyata keçirilir. Həmçinin şəhid övladlarının təhsili ilə bağlı da müəyyən tədbirlər həyata keçirilir. Eyni zamanda qazilərimizin müalicəsi üçün tədbirlər planı həyata keçirilir. Ölkəmizdə müalicəsi mümkün olmayan qazilərimiz YAŞAT Fondunun dəstəyi ilə xarici ölkələrə göndərilir və müalicələri orada davam etdirilir. Bir çox qazilərimiz ən müasir protezlərlə təmin edilmiş, onların həyat şəraitinin yaxşılaşdırılması üçün bir çox işlərə imza atılmışdır. YAŞAT Fondu Azərbaycanın hər bir bölgəsində yaşayan şəhid ailələrinin və qazilərin şəraitinin yaxşılaşdırılması üçün durmadan fəaliyyət göstərir. YAŞAT Fondu bu istiqamətdə çox böyük işlər görüb və görməyə də davam edir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə