“Müzəffər ordumuz Cümhuriyyətimizin yadigarıdır” ŞƏRH

“Xalqımız artıq neçə illərdir ki, 26 iyun tarixini Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edir. Bu tarixin seçilməsi heç şübhəsiz Ümummilli lider Heydər Əliyevin adı ilə, onun Cümhuriyyət ideyalarına bağlılığı ilə əlaqəlidir”.Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Silahlı Qüvvələr Günü kimi başqa tarix qəbul olunmuşdu: “1991-ci ildə Azərbaycannın Milli Ordusunun yaranması günü – 9 Oktyabr Silahlı Qüvvələr Günü kimi qeyd edilmişdi. Lakin Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra 26 İyunun Azərbaycan Silahlı Qüvvələri günü kimi qəbul edilməsi haqqında təşəbbüslə çıxış etdi və bu gün qəbul edildi. Çünki bu gün Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordumuzun yaradıldığı gündür. Xalq Cümhuriyyətinə sadiqliq və onun varisliyinin bütün sahələrdə olduğu kimi Silahlı Qüvvələr Günü məsələləsində də əsas götürülməsi tarixi xidmətdir. Müzəffər ordumuz Cümhuriyyətimizin yadigarıdır”.

Millət vəkili bildirib ki, sovetlər birliyi dövründə Azərbaycanın özünün silahlı qüvvələri olmayıb, azərbaycanlılar isə sovet ordusunda əsasən tikinti briqadalarında xidmət göstəriblər: “Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycanda Naxçıvanski adına hərbi məktəbin və Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinin yaradılması ilk milli kadrların bazasının formalaşdırılmasında önəmli rol oynadı. Ermənilər 90-cı illərin əvvəlində ölkəmizə qarşı qəsbikarlığa başlayarkən ilk milli ordu hissələrimiz formalaşmağa başladı. O zaman, yaranan zabit çatışmazlığını məhz bu məktəblərin müdavimləri dodururdu. Bu isə uzaqgörən strateji siyasətin nəticəsi idi”.

A.Məmmədov bildirib ki, Azərbaycan hərbçilərinin, zabitlərinin bacarıqları 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi: "Cənab Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi paradda söyləmişdi ki, “2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatında işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun böyük mənəvi əhəmiyyəti var. Həmin bu bayraqlar bu gün bu hərbi paradda, "Azadlıq" meydanında nümayiş etdiriləcək. Bu bayraqlar döyüş bayraqlarıdır. Bu bayraqlar işğaldan azad edilmiş torpaqlarda dalğalanır və hərbi parad üçün bura gətirilib. Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayraqları "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdirləcək. Biz bu müqəddəs günü yaxınlaşdırırıq”. Cənab Prezidentin bu dedikləri 44 günlük savaş nəticəsində gerçəyə çevrildi. Bu gün müstəqil Azərbaycanın tarixində ikinci ildir ki, Silahlı Qüvvələr Gününü qalib ölkə kimi qeyd edirik. Ali Baş Komandanın iradəsi, Azərbaycan Ordusunun əzmi xalqımızı Zəfərə çatdırdı. Ulu Öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin əzmi, atdığı müdrik və qətiyyətli addımlar sayəsində regionda sülh və sabitlik təmin edildi, həm ölkəmiz həm də region xalqları üçün yeni perspektivlər yarandı. Vətən müharibəsi bütün dünyaya azərbaycanlıların döyüşkən xalq olduğunu nümayiş etdirdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...