“Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi dövlətlər arasında olan əməkdaşlığın və münasibətlərin ən yüksək zirvəsini özündə ehtiva edir”. Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Onun sözlərinə görə, müttəfiqlik bəyannaməsi iki dövlətin arasında ola bilən bütün anlaşmaların ən zirvəsidir: “Bu baxımdan Türkiyə ilə Azərbaycan arasında ötən ilin 15 iyun tarixində Şuşada bağlanan bu bəyannamə hər iki xalqın ürəyindən keçən hislərin birləşməsi idi. Çünki bir millət, iki dövlətik.
Türkiyə hər zaman ən çətin anlarda Azərbaycanın yanında olub və 44 günlük müharibə dövründə də Türkiyə özünün siyasi diplomatik, mənəvi dəstəyi ilə Azərbaycan xalqının yanında olmağı bacardı. Postmüharibə dövründə Azərbaycana diş qıcıyanlara bir xəbərdarlıq kimi belə bir bəyannamənin imzalanması zərurəti yarandı. Bu bəyannamə həm də Azərbaycanın düşmənlərinə bir xəbərdarlıq idi. Bundan sonra Türkiyə rəsmi olaraq Azərbaycanın yanında olacaq. Hətta lazım gəldikdə hərbi sahədə də Azərbaycanın yanında olacaqlar. Bir neçə gündən sonra bu bəyannamənin 1 illiyini qeyd edəcəyik. Düşünürəm ki, bu bəyannamə yüzillərlə yaşayacaq. Bu bəyannamənin ildönümünün Şuşada qeyd edilməsi bir daha düşmənlərimizi göz dağı verəcəkdir. Şuşa Azərbaycan torpağıdır, qədim Azərbaycanın mədəniyyət beşiyidir. Türkiyə və Azərbaycanın imzaladığı bəyannamə bizim üçün qürurverici bir hadisədir. Hesab edirəm ki, xalqımız bu bəyannamə ilə fəxr edir. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB