10 iyun 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatında 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş, “Çağdaş tariximizin dönüş nöqtəsi” mövzusunda Elmi-praktik konfrans keçirilmişdir. Konfrans başlamazdan öncə Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı “Milli Qurtuluş Günü”nün tarixi, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətləri, ölkəmizin iqtisadi, siyasi və mədəni təşəkkülündəki rolu barədə geniş və əhatəli məruzə etmiş, Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu vurğulamşdır.
Sonra çıxış edən YAP fəaalları E.Sadığov, R.Qasımova, N.Kərimov, G.Məmmədova, Ə.Niftiyev, K.Əzizova, E.Hüseynov, C.Muradov və başqaları Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, son dövrdə xalqımızın yaşadığı şərəfli, qürurlu hadisələrdən, əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun nəticəsi olaraq qazanılmış möhtəşəm qələbəmizə aparan yoldan, Şanlı Ordumuzun qazandığı böyük zəfərin əhəmiyyətindən söz açmışlar.Tədbir iştirakçıları Ulu Öndərin Cəlilabad şəhərinin mərkəzi parkında ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüş, xatirəsini yad edərək öz sevgi və ehtiramlarını nümayiş etdirmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB