“İnsan hüquqlarının qorunması məsələsi hər birimiz üçün olduqca aktual mövzudur”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Ombudsman Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, hər bir dövlətin ali məqsədi insan hüquqlarının qorunmasıdır: “Bildiyimiz kimi dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib. Həmin gündən etibarən hər ilin 18 iyunu “İnsan hüquqlarl günü” kimi qeyd olunur”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB