“Gəncə qiyamının qarşısının alınmasında Ulu Öndərin əvəzsiz xidməti var“ - QHT RƏSMİSİ AÇIQLADI

“Gəncə qiyamının qarşısının alınmasında Ulu Öndərin əvəzsiz xidməti var“ - QHT RƏSMİSİ AÇIQLADI

“1993-cü ilin 4 iyun hadisələri təbii ki, Azərbaycan tarixinin qara ləkələrindən biridir. Çünki bir qrup cinayətkar silahlı birləşmələr hakimiyyət və dövlətə qarşı qiyam qaldırmışlar”. Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, hakimiyyət qüvvələrinin bu məsələləri həll etmək üçün Gəncəyə göndərdiyi qüvvələrlə yerli qüvvələr arasında atışmalar olmuş, həm dövlət orqanlarını təmsil edən şəxslər arasında həlak olan olub, həm də qiyamçılar arasında: “Sanki Azərbaycan vətəndaş müharibəsi başlamışdır. Çünki başqa bölgələrdə də artıq qiyamçıları dəstəkləyən qüvvələr hakimiyyət orqanlarını əla keçirirdilər. Belə bir dönəmdə bu cür vətəndaş müharibəsinin qarşısını ala biləcək yeganə qüvvə Ulu Öndər Heydər Əliyev idi. Bu zaman Heydər Əliyevin Bakıya dəvət edilməsi və qiyamın qarşısının alınmasında dövlət və hakimiyyət orqanlarının yanında olması məsələsi müzakirə olundu. Fikir müxtəlifliyi mövcud idi. Bəziləri buna hə deyirdi, bəzi qüvvələr isə Ulu Öndərin Bakıya gəlişinə mane olmaq istəyirdi. O, Bakıya gəldikdən dərhal sonra hadisələrə qiymət verməmişdən öncə Gəncəyə səfər etməyi planlaşdırdı. Bu çox yerində bir addım idi. Çünki baş verənlərlə tanış olmalı idi. Öz həyatını riskə ataraq Gəncəyə səfər etdi. Qiyamçıların rəhbərliyi də bilirdi ki, əgər Heydər Əliyev Bakıya dəvət edilibsə ona qarşı qiyam qaldırmaq qeyri-mümkündür. Ümummilli liderin hakimiyyətdə olması qiyamçılar üçün işıqlı günlər vəd etmirdi. Qiyamçılar hər an Ona qarşı da aksiya keçirə bilərdi. Lakin Ulu Öndər bunları gözə alaraq onlarla görüşdü və Milli Məclisdə baş verən hadisələrin araşdırılması üçün komissiya yaradıldı və proseslər tədricən səngiməyə başladı. Gəncə hadisələrinin böyüməməsi üçün Ulu Öndərin Bakıya gəlişi vacib idi. Həmçinin Gəncə qiyamının qarşısının alınmasında Ulu Öndərin əvəzsiz xidməti var. Uzaqgörən siyasəti ilə qiyamçıları müxtəlif vədlərlə sakitkəşdirdikdən bir müddət sonra cinayətkarları zərərsizləşdirdi. Ölkədə silahlı birləşmələrin gücünü xeyli zəiflətmiş oldu. Yavaş-yavaş ölkədə stabilləşmə baş verdi. O dövrdə Ulu Öndərin Gəncə qiyamını yatırması ölkəmiz üçün dəyərli idi. Bu düşünülmüş bir siyasi xətt idi. Ulu Öndər ölkədəki vətəndaş müharibəsinin qarşısını almaqla təməli möhkəm bir siyasətə imza atdı. Ulu Öndərin siyasəti nəticəsində bu gün də möhkəm təməlli Azərbaycan dövləti inkişaf etməyə davam edir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə