“Brüsselin rəsmi Moskvanı danışıqlar formatından kənarda saxlamaq niyyəti yoxdur” AÇIQLAMA

“Brüsselin rəsmi Moskvanı danışıqlar formatından kənarda saxlamaq niyyəti yoxdur” AÇIQLAMA

“Brüssel sülh gündəliyinə uyğun olaraq, proseslərin inkişaf etməsi və əldə olunan razılıqların icrası mühüm əhəmiyyət kəsb edir. Məhz Brüsseldə əldə olunan razılıqlara əsasən Azərbaycan və Ermənistan arasında sərhədlərlə bağlı komissiyanın təşkil olunması çox müsbət bir addımdır”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, baş nazirlərin müavinləri səviyyəsində Azərbaycan-Ermənistan sərhədində görüşün keçirilməsi müəyyən problemlərə yerində nəzər salmaq, onları müzakirə etmək və həll etmək üçün yaxşı bir imkandır: “Mayın 22-də Brüsseldə keçirilmiş görüş nəticəsində bu prosesin həyata keçirilməsi də Brüssel sülh formatının effektivliyini sərgiləyir. Şarl Mişelin moderatorluğu ilə keçirilmiş görüşlərdən sonra mühüm razılıqlar əldə olunur və siyasi danışıqlar davam etdirilir. Sərhədə görüş keçirilməsindən sonra Moskva və Brüsseldə komissiyanın iclaslarının proqnozlaşdırılır. İkinci görüş Moskvada keçiriləcək. Bu həm də o deməkdir ki, Rusiyada regionda siyasi prosesdə iştirak edir. Ən azından Brüssel, rəsmi Moskvanı danışıqlar formatından kənarda saxlamaq niyyəti yoxdur. Yəni əsas istək məhz Rusiyanın moderatorluğu ilə keçirilmiş danışıqların davam etdirilməsi, onun effektivliyinin artırılmasıdır. Bu baxımdan, sərhədlərlə bağlı məsələdə Rusiyada yardımçı olmalıdır, xəritələrin Rusiya tərəfdə mövcudluğu prosesi daha da asanlaşdırılmalıdır”.

İ.Hüseynov onu da bildirdi ki, Rusiya tərəfinin mövqeyi bundan ibarətdir ki, hərbi topoqrafik xəritələr Rusiyanın müdafiə nazirliyinin baş qərargahındadır: “Ona görə də, sərhədlər nişanlanarkən bu xəritələr böyük ölçüdə yardımçı ola bilər. Məhz Rusiya tərəfinin bu proseslərdə məsləhətçi qismində iştirakı həm də müxtəlif maraqlı tərəflərində bu prosesdə ağırlıq qoyması ilə şərtlənir. Delimitasiyanın həyata keçirilməsi sonrakı dövrdə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını, kommunikasiyaların açılmasını və yekun sülh müqaviləsinin imzalanması prosesini sürətləndirə bilər. Bütün bu işlər bir-biri ilə bağlılıq təşkil edir və müəyyən nizamın formalaşması, ardıcıllığın müəyyən olunması, koordinasiyanın həyata keçirilməsi siyasi atmosiferi bir qədərdə gücləndirir və dialoqun genişlənməsinə səbəb olur. Bu baxımdan, məhz komissiyanın iclası nəticəsində əldə olunan qərarlar düşünürəm ki, sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə xidmət etməlidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə