"Prezidentin siyasətinin mərkəzində hümanizm dayanır" - DEPUTAT ŞƏRH ETDİ

“28 May - Müstəqillik günü ərəfəsində cənab Prezident İlham Əliyev tərəfindən növbəti dəfə əfv sərəncamı imzalandı. Sərəncama əsasən yüzlərlə məhbus azadlığa buraxılaraq öz ailələrinə qovuşdu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.


Onun sözlərinə görə, bəzi məhbusların onlara verilmiş həbs müddəti yarıya endi. Prezident İlham Əliyev hər zaman humanist addımlar atmaqla xalqımızı sevindirir: “Ümumilikdə bu kimi humanist addımlar Ümummilli Lider Heydər Əliyev tərəfindən dəfələrlə həyata keçirilib. Eyni zamanda Heydər Əliyev Fondunun rəhbəri birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə əfv sərəncamının imzalanması ilə bağlı təşəbbüslərlə çıxış edir. Xüsusilə Prezident İlham Əliyev tərəfindən 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz Zəfərin birinci ildönümündə Amnistiya Aktı imzalanıb.

Ümumilikdə bu günə kimi imzalan əfv sərəncamları nəticəsində minlərlə məhbus azadlığa buraxılıb. Bu kimi humanist addımlar bir daha onu göstərir ki, cənab Prezidentin siyasətinin mərkəzində humanizm dayanır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə