"Ölkə başçısı Qarabağda gedən işlərlə birbaşa məşğul olduğunu sübut etmişdir" - QHT RƏSMİSİ AÇIQLADI

"Ölkə başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş bölgələrə hər səfəri düşmənlərimizin ürəyinə və gözünə ox kimi batan bir hadisədir". Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, eyni zamanda, bu səfərlər Qarabağa qayıdışın təntənəsidir, Qarabağa qayıdışın sürətlə inkişaf etməsinin və tezləşməsinə yönələn bir mesajdır: "Eyni zamanda, bu, düşmənlərimizə də bir mesajdır ki, Azərbaycan torpağı və əzəldən bəri onun tərkib hissəsi olan Qarabağ işğaldan azad edildikdən sonra dövlətin və onun rəhbərliyinin daim qayğısı və nəzarəti altındadır. Bu səfərlər zamanı işlətdiyi ifadələr, verdiyi bəyanatlar, xalqımıza verdiyi sözlər tezliklə Böyük Qayıdışın olmasından xəbər verir. Bu bölgələrdə layihələndirmə işləri aparılır və bunun əsasında tikinti-abadlıq işləri aparılacaq. Bütün bunların hamısı bizi olduqca sevindirir. "TEKNOFEST" fesitavalının keçirildiyi bir zamanda qısa zaman ərzində cənab Prezident Qarabağ bölgəsinə səfər edib. Hər açılışda öz imzasını atan ölkə başçısı bir daha xalqla bir yerdə olduğunu və eyni zamanda hamımız üçün əziz olan Qarabağda gedən işlərlə birbaşa məşğul olduğunu bütün dünyaya sübut etmişdir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə