Ermənistan sülh gündəliyinə zərbə vurmaqla məşğuldur - POLİTOLOQ DANIŞDI

“Ermənistanla Azərbaycan arasında keçirilən danışıqlarda əsas məqsəd sülh müqaviləsinin imzalanmasıdır. Ümumilikdə sülh istiqamətində təşəbbüslər Rusiya və Avropa İttifaqı tərəfindən irəli sürülür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, ötən ilin dekabrında Brüsseldə keçirilmiş görüşdən sonra cari ilin aprelin 6-da Avropanın siyası paytaxtı olan Brüsseldə keçirilmiş danışıqlar sülh gündəliyi adını almışdır: “Əsasən məhz sülh gündəliyinə uyğun olaraq Azərbaycanla Ermənistan arasında olan sülh müqaviləsinin imzalanması Brüssel görüşlərində formalaşmışdır. Düşünürəm ki, sülh müqaviləsi bir sıra sahələri əhatə edəcək. Burada Azərbaycanın beynəlxalq sahədə tanınmış sərhədlərinin Ermənistan tərəfindən tanınması, ərazi iddialarının irəli sürülməməsi, sərhədlərin delimitasiya və sonrakı proseslərdə demarkasiyası iqtisadi, nəqliyyat əlaqələrinin bərpa olunması, avtomobil, eyni zamanda, dəmiryolu xəttinin çəkilməsi, eləcə də Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyənatın maddələrinin icrası və s. Təəssüflər olsun ki, biz Ermənistandan məsuliyyətli davranışlar görmürük. Ermənistan hər zaman etdiyi kimi öhdəsinə götürdüyü işlərdən boyun qaçırır və əldə olunan razılıqlara əməl etmir. Ermənistan sülhü pozan tərəfdir, lakin danışıqlarda iştirak etməklə sülh mövqeyində olduğunu ifadə etməyə çalışır. Sərhədlərin müəyyənləşməsi ilə bağlı aprelin sonuna qədər komissiyanın çağırılması ilə bağlı Ermənistan tərəfi vəd versə də reallaşmadı. Belə demək mümkünsə, Ermənistan bütün sahələrdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, eyni zamanda, təhlükəsizliyə, sülhə böyük zərbə vurur. Ona görə də böyük sülh müqaviləsinin imzalanması yaxın müddət ərzində görünmür. Azərbaycanın əsas istəyi Cənubi Qafqazda əməkdaşlıq və dayanıqlı sülhün olmasıdır. Ermənistan bu çağırışlara adekvat cavab verməyərək öz instruktiv xarakterini ortaya qoyur. Ermənistanla sülh istiqamətində keçirilmiş danışıqlar artıq öz nəticəsini vermir və bununla da sülh gündəliyinə uyğun olmayan addımlar atır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...