Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir ŞƏRH

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Şübhəsiz ki, Azərbaycan ilə Türkiyənin dərin əlaqələri ilə baglı ən gözəl ifadə “qardaş'” ifadəsidir. Vəddən kənara çıxan və ümumi taleyin və qədim dostluğun nəticəsidir ki, bu sədaqət keçmişin, bu günün və gələcəyin dostluğunun ən yaxşı nümunələrindən biridir. Bir-birini heç vaxt fərqli görməyən, sevincinə sevinən, kədərinə üzülən bu iki millət eyni köklərin üzərində böyüyən bir çinarın budaqları kimi hər zaman bu qardaşlıq duyğularından güc almışdır. Çox uzaqlara uzanan bu köklərin bir yerdə birləşdiyi hər zaman görülmüşdür. Yaxın tariximizdə belə arada məsafələrin olmasına baxmayaraq hər zaman bu iki millət dar günlərində bir və bərabər olmağı bacarmışlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının - Mustafa Kamal Atatürkün və Ümummilli lider Heydər Əliyevin çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, Ümummilli liderimiz Heydər Əliyevin isə “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edir.

Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir.”

Cövdət Məmmədov

YAP Ağdaş rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə