Azərbaycan ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək - DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək - DEPUTAT ŞƏRH ETDİ

"10 may 2022-ci il tarixində Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın Füzuli və Şuşaya səfər etməsinin böyük rəmzi mənası var". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, 10 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam oldu: "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın banisi, ölkəmizin inkişafını və təməlini qoyan dahi bir şəxsiyyətdir. Onun ən böyük arzularından biri işğal altında olan torpaqlarımızı azad etmək idi. Ata vəsiyyətini yerinə yetirən ölkə başçısı İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirmək və inkişaf etdirməklə güclü və qüdrətli Azərbaycan qurmağı bacardı. Ərazi bütövlüyümüz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər sayəsində bərpa olundu. Bu baxımdan da 10 may 2022-ci il tarixində Qarabağa səfər zamanı xüsusi qeyd etdi ki, bu torpaqlara biz əbədi olaraq qayıtmışıq və bu ərazilərdə Azərbaycan xalqı əbədi yaşayacaq. Əlbəttə ki, bu, Ermənistandakı revanşist qüvvələrə, onlara dəstək verən qüvvələrə bir daha növbəti mesaj idi ki, Azərbaycan bir qarış belə torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Bundan sonra bu torpaqlarda əbədi olaraq Azərbaycan xalqı yaşayacaq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə