Revanşistlər istədiklərinə nail ola bilmirlər
“Görünür, sözdə “müqavimət hərəkatı” yaradan barışmaz sabiqlərin cəhdləri son vaxtlar sönməyə doğru gedir. Xeyr, Koçaryanın, Sarqsyanın, Vanetsyanın və daşnakların ətrafında hələ də itaətsizlik aksiyalarından nə isə qazana biləcəkləri ilə bağlı bəzi illüziyalara qapılanlar var, amma hərəkatın tükənməyə başlaması göz önündədir”. Bu haqda armenianreport saytının analitik bölməsində yazılıb.
Buradan da aydın görünür ki, revanşistlərin ölkədə hakimiyyət dəyişikliyi uğurunda başlatdıqları itaətsizlik cəhdləri nəticə vermir. O cümlədən, görünən budur ki, artıq Koçaryanın, Sarqsyanın və daşnakların lideri Saqatelyanın, eləcə də digər müxalifətçi – Vanetsyanın tapşlırıqlarına əsasən onların tərəfdarları insanların evlərinə və mobil telefonlarına zəng edərək müəyyən olunmuş miqdarda ödənişlər etmək şərti ilə aksiyalara qatılmaq təkliflərini irəli sürürlər. Bu da sübut edir ki, artıq erməni ictimaiyyətinin əsas kəsimi qaniçən sabiqlərin yenidən qan-qadalar törətmək istəklərini rədd edirlər.

Məhz bu yöndən çıxış edən yazıda da qeyd edilir ki, artıq Koçaryan başda olmaqla erməni müxalifətinin liderləri öz həyatlarındakı əsas döyüşlərini uduzduqlarını anlamağa başlayıblar. SİTAT: “Onlar nəinki bütün erməni xalqını mobilləşdirə bilmədilər, heç olmasa onların yarısını özlərinə tərəf çəkməyi bacarmadılar, hansı ki, elə həmin say də Paşinyanı devirməyə yetərdi. Nümayişlər və avtoyürüşlər kimi keçirilən aksiyalara baxarkən nəzərə ilk gələn bu olur ki, müxalifət praktiki olaraq bütün resurslarını sərf edib və yaxın günlərdə etiraz hərəkatı birdəfəlik boğulacaq. Onların məğlubiyyətində əsas skripkanı heç də Paşinyana dəstək göstərən kütləvi xalq amili olmadı, çünki mövcud hakimiyyəti yalnız ən tənbəl insan söymür. Yox, sabiqlərin iqtidarlarını bərpa etməsi halında xalq keçmişə, yaxud qeyri-müəyyən gələcəyə qayıtmaq istəmir, xalq yeni qanlı müharibə istəmir, xalq sadəcə normal yaşamaq və inkişaf etmək istəyir. Pis-yaxşı, bunu hakimiyyət zəmanət verir, amma müxalifət həmin zəmanəti vermir. Buna görə də onun (müxalifətin) sıralarında qıcıqlandırıcı uğultu daha aydın görünməyə başlayır. Və bu, ona qaba, sağlam məntiqə söykənməyən fəaliyyət göstərməsinə mane olmur”.

Erməni saytı yazır ki, mayın 12-də müqavimət hərəkatının bir qrup nümayəndəsi Avropa İttifaqının ofisi qarşısında etiraz aksiyası keçiriblər. Onların əllərində etirazçılara qarşı zor tətbiqi edən polislərin şəkilləri var idi. “Biz anlamaq istəyirik ki, Aİ-nin nümayəndələri polisin güc tətbiq etməsindən razı qalıblar? Onlar Ermənistanda islahatların aparılması müqabilində ayırdıqları vəsaitlərinə qarşılıq olaraq güc tətbiqini məqsədəmüvafiq hesab edirlərmi? Bizim əllərimizdə onların dinc aksiya keçirən vətəndaşlara qarşı güc işlətmələrinin fotoları var. Ümid edirik ki, hörmətli səfir bu şəkilləri görür. Lakin biz onları yenidən gətirdik ki, bir daha burada baş verənləri xatırladaq. Biz anlamaq istəyirik ki, onun bu məsələ ilə bağlı nə isə deyəcəyi var, ya yoxdur? Biz istəyirik ki, o nə isə desin”, aksiya iştirakçılarından biri olan Lilit Beqlaryan deyib.
Məhz revanşist erməni qadınını bu sözlərini hədəfə alan armenianreport əlavə edir ki, əslində onun Aİ-nin ofisinə irad bildirməsinin özü axmaqlıqdır, belə ki, polis ölkə hakimiyyəti ilə razılaşdırılmamış aksiyanı dağıdıb. SİTAT: “Əgər onlar iradlarını hakimiyyətə, yada parlamentə qarşı yönəltsəydilər bunu harada isə anlamaq olardı. Bəs Aİ-nin buraya nə aidiyyatı var? Məgər polislərə əmri avropalılar verib? Yoxsa Aİ-nin qanunları Ermənistanın qanunlarından üstündür? Bəlkə mövcud hakimiyyət Brüsselin yetişdirməsidir? Əlbəttə ki, yox. Burada anlamaq lazımdır ki, liderləri Koçaryan və Sarqsyan olan müqavimət hərəkatı Ermənistanın rusiyayönlü gücləri vasitəsi ilə yaradılıb. Kifayət qədər aydındır ki, hədəf avropalı, bəlkə də daha geniş – qərb demokratik institutlarıdır. Guya ki, polisin özbaşınalığına etina etməyən Qərb və Aİ Ermənistanın nəyinə gərəkdir?”.
Erməni nəşri iddia edir ki, müqavimət hərəkatı Rusiyanın Ermənistandakı 5-ci kolonudur və onlar unudurlar ki, əgər həqiqətən də polis zorakılığı baş versə belə, bu məsələ Aİ-nin fakt araşdırıcı qurumlarına aid deyil. Həmçinin keçmişdə hakimiyyətdə olan hazırkı müxalifətçilər dəfələrlə sərt və amansız şəkildə etiraz aksiyalarını dağıdırdılar. SİTAT: “Amma onda Rusiyanın səfirliyinə qarşı etirazlı iddialar qaldırmaq kimsənin ağlına belə gəlmirdi. Özü də həmin məsələyə sayıq nəzərlərlə baxsaq bunun üçün əsasın da olduğunu demək olar, çünki ortada Koçaryanla Saqrsyanın Moskvanın marionetləri olmaları faktları mövcuddur. Lakin sonuncu heç cür mövcud hakimiyyəti danışıqlar prosesindən çıxdaş edə bilmir ki, daha sonra İrəvana və Bakıya qarşı təsir rıçaqlarını işə salsın. Məhz buna görə son vaxtlar sabiqlərin nəzarətlərində olan KİV-lərində və teleqram kanallarında antiqərb məqalələri yağışdan çıxan göbələklər kimi artır. Hədəf isə birtərəflidir – Avropa və ABŞ Paşinyanı “artsxadan” əl çəkməyə və Bakının şərtləri ilə razı olmağa məcbur edir”.
Armenianreport-un müəllifi iddia edir ki, əslinə qalanda həm Rusiya, həm də Qərb eyni maraqlarla, lakin müxtəlif istiqamətıərdən hərəkətə keçirlər. “Məgər Moksva “artsax” məsələsində Paşinyana təzyiq göstərmirmi? Əlbəttə göstərir. Lakin rusiyayönümlü müxalifət bu barədə susmağa üstünlük verir və Kremlin tapşırıqlarını yerinə yetirir, erməni cəmiyyətində antqərb ruhu yaratmağa çalışır. Özünü aldatmaq olar, ancaq bütün xalqı aldatmaq mümkün deyil...”, adıçəkilən erməni saytı sonda yazıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB