Oğuzda Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş mini-futbol yarışı keçirilib FOTOLAR

Oğuzda Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş mini-futbol yarışı keçirilib FOTOLAR

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar, Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə Oğuzda silsilə tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri də YAP Oğuz rayon təşkilatının təşəbbüsü ilə 4 komanda arasında keçirilən mini-futbol yarışı oldu.

Oğuz rayon Gənclər və İdman idarəsinin, Oğuz rayon Təhsil şöbəsinin, Oğuz Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən müəssisələrarası mini-futbol yarışında "YAP Oğuz", "Oğuz RİH", "Oğuz Peşə" və "Bayan tom" komandaları mübarizə aparıb. Yarışda "Oğuz Peşə" komandası keçirdiyi oyunların hər birində qalib gələrək birincilik qazanıb.

Tədbirdə iştirakçılara, tədbirin mahiyyətindən, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edilib. Yarışın bağlanış mərasimində YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov da iştirak edib. Qaliblər mayın 10-u Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən ümumrayon tədbirində mükafatlandırılıblar.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə