Zəfər Qurultayı xalqımızın yenilməzliyinin, məğrurluğunun təqdimatı oldu ŞƏRH
Bir ildən artıqdır ki, Azərbaycanın qalibiyyətindən, tarixinin ən şanlı səhifəsini yazdığı üçün qürurlu olmasından bəhs edirik. Bu dövrdə tarixi Zəfərimizin reallıqları fonunda davamlı olaraq müxtəlif məqamları özündə əks etdirən zəfərlərin təqdimatını edirik. Necə ki, bu gün dünya Şuşanın ev sahibliyi etdiyi Zəfər Qurultayından bəhs edir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır.
Bu günümüzün qalibiyyət sevinci keçilən yolun təhlilinin bir zərurət kimi qarşıya qoyur, onu şərtləndirən amillər əsaslı şəkildə diqqətə çatdırılır. Reallıq budur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli ilə hakimiyyətə qayıdışı, xilaskarlıq missiyasını uğurla yerinə yetirməsi bugünkü uğurlarımızı şərtləndirdi. Azərbaycanı müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından, informasiya blokadasından xilas edən Ümummilli Lider dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyinə, həmrəyliyinə nail olmaqla uğurlu siyasəti ilə ölkəmizin dünyaya günəş kimi doğmasını təmin etdi və diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Ümummilli Lider azərbaycanlı olduğu üçün fəxr etdiyini bildirərək bütün dünya azərbaycanlılarının azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağırdı və onun müsbət nəticəsini 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə gördük. Və bu baxımdan Dünya azərbaycanlılarının qurultayının keçirilməsi bir tələbə çevrildi. Ulu öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncamında da bu reallıq öz əksini tapmışdır ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il 16 dekabr tarixli qərarı ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyinin, həmrəyliyinin zəruriliyini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti qərar qəbul etdi. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün əziz bir bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur.
Bu günlərdə isə Azərbaycanın və Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunan 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak etdiyi Zəfər Qurultayında dövlət başçısı İlham Əliyev proqam xarakterli nitqində Qələbəmizi şərtləndirən amillərdən, Azərbaycan diasporunun gücündən və postmünaqişə dövrü üçün qarşısında dayanan vəzifələrindən bəhs etdi. Və bildirdi ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşüdür.
«Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Hamımız birlikdə: Qarabağ Azərbaycandır!»,- deyən Prezident İlham Əliyev vurğuladı ki, Şuşa Dünya Azərbaycanlılarının V qurultayına ev sahibliyi etməklə bir daha öz tarixi sahibinə qovuşduğunu, Azərbaycanın əzəli torpağı olduğunu dünyaya bəyan etdi.
SEYFƏDDİN ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB