Vətən müharibəsində Azərbaycan diasporunun da rolu olub - CEYHUN MƏMMƏDOV

Vətən müharibəsində Azərbaycan diasporunun da rolu olub - CEYHUN MƏMMƏDOV

“44 günlük Vətən müharibəsində Azərbaycan diasporunun da rolu olub”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Şuşada keçirilən Zəfər Qurultayından bir gün sonra Ermənistanın diversiya qrupu Azərbaycan sərhədini keçməyə cəhd edib: “Nikol Paşinyanın Rusiyaya səfərdən öncə bir, səfərdən sonra başqa bəyanat səsləndirməsi Azərbaycan cəmiyyətində sual yaradır. ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqrımı” ilə bağlı keçən il dediklərini bu il də təkrarlaması Azərbaycan-Ermənistan-Türkiyə münasibətlərinə heç bir xeyir verə bilməz. Ermənistanın qurbanlıq quzu kimi maşa olmaqdan xilas yolu Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməsidir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə