V Qurultay qələbələrimizi təsdiq edən qurultaydır ŞƏRH

V Qurultay qələbələrimizi təsdiq edən qurultaydır ŞƏRH

Əsassız ərazi iddiaları ilə Azərbaycan xalqına qarşı cürbəcür fitnəkarlıqlar törədən, qonşu millətlərin arasına nifaq salan, milli ədavət toxumu səpən, regionda daim gərginlik yaradan, iki yüz ilə yaxın vaxtda Azərbaycanlıların bir qismini minillik dədə-baba torpaqlarından qovulub, öz ev-eşiklərindən didərgin salan millətçi "daşnaksutyun" partiyasının fəaliyyəti ciddi tənqid olunub. Buna baxamayaraq onlar Sovet ittifaqında özlərinə çoxlu himayədarlar, həmfikirlər tanmış, öz çirkin əməllərini həyata, keçirmişlər. Yarandığı gündən millətçi siyasəti yeridən bu partiya əhalinin milli hissləri ilə məharətlə oynayıb və onu ələ alan bu partiya öz marağı və mənfəəti üçün Türkiyə ermənilərini də ələ almış, onları əsarətdən xilas etmək bəhanəsi ilə əhəmiyyətsiz toqquşmalara cəlb etmişdir.

1890-1920-ci illər ərzində çoxlu fitnələr törətmiş bu partiyanın sonrakı fəaliyyəti barədə ciddi məşğul olmamış , onu artıq xalqdan uzaq düşmüş, əhəmiyyətsiz bir şey hesab etmişlər. İdeya rəhbərləri Avropa ölkələrində hazırlanan, XIX əsrin sonlarında formalaşmağa başlayan bu partiya Qafqazda, rus xalqçılarının ideya təsiri altında öz təşkilatlarını yaratmışdır.
22 aprel 2022-ci ildə Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirmişir. Qurultayı açan və Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir.
Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi.
Beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan təkcə Ermənistanla müharibəni aparmayıb. Azərbaycan yalnız dünya erməniliyi ilə müharibə aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibəni aparıb və bu müharibədə Qələbə qazanıb. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Sübut etmişik ki, ölümə getməyə hazırıq. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər.
Müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Postmüharibə dövründə göstərilən səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılacaqdır.
Ermənistanın məhv edilmiş silah-sursatının, texnikasının və qənimət götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir. Kasıb ölkə bu pulu haradan əldə edib. Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm sürürdü, onların özlərinin etirafına görə, 10 min fərari olmuşdur.
Azərbaycan Ordusunda bir dənə də fərari olmamışdır. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi.
Müharibə dövründə - cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad olunub. Məhz buna görə Ermənistan məcbur olub və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Məhz biz Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara daha baha başa gələcək.
Azərbaycan sədrlik etdiyi Qoşulmama Hərəkatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləmişlər və postmünaqişə reallıqlarını qəbul etmişlər. İndi 3+3 formatda beş qonşu ölkə əməkdaşlıq formatını yaradıbdır. Qonşu ölkələrin hamısı postmünaqişə reallıqlarını qəbul etmişlər. Böyük dövlətlər – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Amerika Prezidenti, Böyük Britaniyanın Baş naziri göndərdikləri məktublarda bu, açıq-aydın göstərilir.
Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı, - titulu belə də gedib, - imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir.
Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyətini məlumatlandırmalıyıq. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır. 1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı - Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən sonra – 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ondan sonra 1940-1950- ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, - bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür."
Ermənilərin Azərbaycana qarşı düşmənçilik siyasəti 200 ilə yaxın bir müddətdə, onların Azərbaycana köçürüldükləri vaxtdan başlayır. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, çoxluq təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.
Qarabağ münaqişəsi isə Azərbaycan kəndlərinin, səhərlərinin dağıdılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Törədilmiş bu vəhşiliklər erməni faşizminin əsl simasıdır.
Xocalı soyqrımı isə öz ağlasığmaz qəddarlığı ilə bütün bəşəriyyətə qarşı cinayətdir.
İşğal vaxtı mənfur düşmən Azərbaycanın yaşayış məntəqələrini dağıtmış, binaları, tarixi- mədəni abidələri sökmüş və talamışdır. Vətən müharibəsi dövründə də Ermənistan təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmiş,
Azərbaycan şəhərlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutmuşdur.
Nəticədə 100-ə yazın mülki şəxs həlak olmuş, 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmışdır.
Həmçinin basdırılmış yüz minlərlə mina işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhlükə yaradır. Mina xəritələrinin tam şəkildə Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətlərinin növbəti sübutudur. Beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır.
Azərbaycanın apardığı konstruktiv siyasət nəticəsində artıq regionda yeni reallıqlar hakimdir. Bu reallıqlar bütövlükdə regionda sülh və təhlükəsizliyə, qarşılıqlı faydalı əməkdaşlığa hesablanıb və Ermənistanın bununla barışması onların özü üçün də çox vacibdir. Ermənistan üçtərəfli Bəyanatın bütün müddəalarını yerinə yetirməli, təxribatlardan çəkinməli, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın çağrışlarına cavab verməlidir.

Hacı Hacıyev
Azərbaycan KP MİK sədri

Bütün xəbərlər Facebook səhifəmizdə