Bu məsələlərə cənab Prezident qurultayda aydınlıq gətirdi - FƏRİD ŞƏFİYEV

Bu məsələlərə cənab Prezident qurultayda aydınlıq gətirdi - FƏRİD ŞƏFİYEV

“Müzakirələr çərçivəsində bir sıra praktiki məsələlər nəqliyyat dəhlizinin yaradılması, ortaq koridor deyilən Çindən Avropaya, Avropadan Çinə yaradılıb, inkişafı üçün məhz indi məqamdır. Ona görə biz bilirik ki, Ukrayna-Rusiya ilə olan müharibə ilə bağlı indi həm Çin, həm Avropalılar çalışırlar ki, məhz bu dəhlizdən istifadə etsinlər. Məqamdır ki, biz burda fəallıq göstərək, cəlb edək”. SİA xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masada jurnalistlərə açıqlamasında BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, Qurultayda Brüsseldən sonra müəyyən bir fasilə yaranmışdı ki, iki məsələ ilə bağlı biz konkret olaraq nəticə əldə etmişik: “Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Brüsseldən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya getdi və oradan qayıdarkən onun mövqeyində müəyyən bir dəyişikliklər müşahidə etdik və sülh prosesi necə davam edəcək, bizim mövqeyimiz nədən ibarətdir kimi olan suallara, məsələlərə cənab Prezident qurultayda aydınlıq gətirdi”.

Fərid Şəfiyev sözlərinə belə davam etdi: “Təbii ki, bu qurultayın simvolik xarakteri ondan ibarətdir ki, o Şuşada keçirilir, bir sıra bizim diaspor nümayəndələri orda iştirak ediblər. Şuşa Azərbaycanın tarixi şəhəridir və hamısı o cümlədən Ermənistan artıq bilməlidir ki, Şuşada bundan sonra ənənəvi olaraq müvafiq tədbirlər keçiriləcək. Ayın sonuna qədər də bizim mərkəzin ADA Universiteti ilə birgə Şuşada tədbiri olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə