Yasamalda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş idman yarışlarına start verilib FOTOLAR

Yasamalda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş idman yarışlarına start verilib FOTOLAR

Müasir, müstəqli Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin xalqımızın əbədiyaşar Lideri kimi gördüyü mütərəqqi işləri ölkəmizin dünyada tanınmasına təkan vermişdir. Bu gün istər regionda, istərsə də beynəlxalq aləmdə Azərbaycanın adı yüksək, mötəbər məqamlarda səslənir. Eyni zamanda, ölkəmizin dinamik inkişafı Ulu Öndər Heydər Əliyev konsepsiyasının, siyasi kursunun məntiqi nəticəsidir. Belə bir Şəxsiyyətin, Azərbaycanın yaradıcısı və Qurucusu olan Heydər Əliyevin bu il 99-cu ildönümüdür. Bununla bağlı artıq ölkəmizdə silsilə tədbirlərə start verilib. Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışlarına start verilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə