“Şuşada qurultayın keçirilməsi Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir” AÇIQLAMA

“Şuşada qurultayın keçirilməsi Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir” AÇIQLAMA

“Bildiyimiz kimi, Şuşa Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın “Mədəniyyət paytaxtı” elan edilib. Son iki ilə yaxın müddətdə Şuşada çoxsaylı genişmiqyaslı festivallar, tədbirlər təşkil olunub. İndi isə Şuşa yenidən böyük tədbirə ev sahibliyi edəcək”. Bunu “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın incisi sayılan Şuşada qurultayın keçirilməsi, məhz Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti nəticəsində reallaşır: “Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Bu Qurultay son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq. Belə bir görüşün Şuşada təşkil edilməsi isə xüsusi rəmzi məna daşıyır. Bundan öncəki qurultaylarda diaspor təşkilatlarımızın fəaliyyəti əsasən doğma torpaqlarımızın ermənilər tərəfindən işğalına son qoyulması istiqamətində qurulmuşdu. Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayında isə artıq qalib xalqın təmsilçiləri olaraq postmüharibə dövründə Azərbaycan diasporunun fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələri müzakirə ediləcək. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın diaspor təşkilatları qarşısında yeni məqsəd və vəzifələr qoyulacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə