Bildiyiniz kimi cənab Ali Baş Komandan, Prezident İlham Əliyev cari ayın 6- da Brüsselə dəvətlə rəsmi səfərə getmişdir. Səfər zamanı Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Sədri Şarl Mişel 44 günlük Şanlı, qürurverici Zəfərlə tamamlanmış Vətən müharibəsindən sonra gərginliyin aradan qaldırılması üçün sıx əməkdaşlıq etmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit,dinc və firavan Cənubi Qafqazın qurulmasına kömək etmək məqsədilə Aİ-nin Ermənistan və Azərbaycan ilə əməkdaşlığ müzakirə olunub və müəyyən razılığa gəlinmişdir.
Lakin mən diqqətinizi cənab Prezidentin səfəri zamanı xüsusi olaraq görüş zamanı yaranmış bir vəziyyətə,nüansa çəkmək istəyirəm.Görüşdə ATƏT- in Minsk qrupundan bəhs edilmir,Rusiya və Aİ vasitəçiliyi ilə əldə olunan razılaşmalara istinad edilir: Minsk qrupu formatının faktiki olaraq sıradan çıxması və yerini Aİ-yə verməsi deməkdir.Beləliklədə bundan sonra sülh sazişinin hazırlanması prosesi Ermənistanın istədiyi kimi Minsk qrupu çərçivəsində deyil, ikitərəfli formatda həyata keçiriləcəkdir.Əsas vurğu postmünaqişə dövrünə dairdir.Bura iki ölkə arasında etimad mühitinin yaradılması, humanitar məsələlərin həlli kommunikasiyaların bərpası və s. işlər daxildir.
Keçirilən 4 saatlıq görüşdə Paşinyan Qarabağın “statusu” məsələsini masada irəli sürmüşdür.Qeyd edim ki, yekun bəyanatda bu haqda heç bir qeydin olmaması,ümumiyyətlə bu məsələyə yaxın olan Qarabağ və Minsk qrupundan bəhs edilməməsi,Prezident İlham Əliyevin öz qətiyyətini ortaya qoyaraq,rəsmi Bakının "qırmızı xətti"ni qəbul etdirə bildiyini göstərir. Bu da növbəti böyük siyasi uğurun görüntüləridir.Doğrudanda bu qürurvericidir! Bu da birmənalıdır ki,artq Prezident İlham Əliyevin apardığı alternativi olmayan uğurlu siyasətin nəticəsində artıq yeni Brüssel formatı yaranmışdır. Həmin görüşdə isə Ermənistan prezidentinnin başının yuxarii 8iSonda vurğulamaq istəyirəm ki, nəhayət tarixi ədalət bərpa olundu.Təkrar edirəm, Brüsseldə Şarl Mişenin masada bir dəfə də olsun ATƏT-in həmsədrlik İnstitutuna və Dağlıq Qarabağ ifadəsinə yol verilmədi və rast gəlinmədi.Diqqətinizə çatdırım ki, Brüssel Avropanın siyasi Mərkəzidir.Yəni əyər burda ədalətli olmasa,nə qədər güclü olsada heç-bir dövlət söz sahibi ola bilməz.
Azərbaycan isə bir dövlət olaraq, həm Prezident İlham Əliyev bütün vaxtlarda və dövrlərdə bildiyiniz kimi səmimi və ədalətli olmuşdur. Artıq bu gün əminliklə demək olar ki,Avropa İttifaqının mövqeyi Azərbaycanın maraqlarına tamamilə uyğundur və bundan sonra uyğun olaraq qalacaqdır. Cari ilin⁵ aprelin 6-da keçirilən üçtərəfli görüş isə artıq ikinci belə keçirilən görüşdür. Məhz birinci görüş zamanı Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən sülh gündəliyi formalaşdırılmışdı. Aprelin 6-dakı görüşdə sülh gündəliyinin formalaşması tam Azərbaycanın istədiyi kimidir. Həmin keçirilən üçtərəfli görüş təxminən 5 saata yaxın davam edib. Görüşün nəticələri olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda bir daha vurğulandı ki, Ermənistan ilə Azərbaycan arasında artıq sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar başlanılması təsbit olundu.
Azərbaycan tərəfinin sülh müqaviləsi ilə bağlı təklifləri artıq qəbul olunub. Yəni, görünən odur ki, həmin 5 maddə qəbul olunandan dərhal sonra danışıqların aparılmasına başlandı. Artıq həm Azərbaycanın, həm də Ermənistanın Xarici İşlər nazirliklərinə bu sənədin üzərində işləməklə bağlı tapşırıqlar verildi. Sənəddə əsas məqam ondan ki, burada Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapır. Digər tərəfdən, bəyanatda yer alan məsələlərdən biri də tərəflərin sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılmasıdır. Bu, o deməkdir ki, dondurulmuş sülh danışıqları canlandırılacaq.İlk növbədə qeyd olunan vacib nüanslardan biri əlbəttə, sərhədlərin delimitasiyası prosesinə başlanılması barədə razılığın əldə olunmasıdır. Bunun davamı kimi delibarətdirimitasiyanın tərkibi və nəticəsi olaraq isə sərhədlərdə gərginliyin aradan qaldırılması vacib məqamlardan biridir.
Bəyanatda Avropa İttifaqının minatəmizləmə məsələsi, itkin düşmüş şəxslərin axtarılıb tapılması istiqamətində səyləri də yer alıb: Bildiyimiz kimi, Ermənistan bu günə kimi Azərbaycana minaladığı sahələrin xəritələrini versə də, onun dəqiqlik göstəriciləri təxminən 25 faiz təşkil edib. Məlumdur ki, Azərbaycanın uzun illər işğal altında saxlanılan əraziləri ermənilər tərəfindən başdanıbaşa minalanmışdır. Biz hətta müharibənin qurtarmasından il yarım vaxt keçsə də həbçilərimizin və mülki şəxslərimizin minaya düşərək həlak olmasının və yaralanıb şikəst olmasının şahidi oluruq. Narahatedici faktdır. Çünki minalı ərazilər zərərsizləşmədikcə ölənlərin və şikəst olanların sayı artacaq. Eyni zamanda yaddan çıxarmamalıyıq ki, Birinci Qarabağ müharibəsindən bu günədək hələ də 3890 nəfər Azərbaycan vətəndaşının taleyi naməlum qalıb.
Bəyanatda bütün məsələlərin öz əksini tapması çox əhəmiyyətli məqamlardandır. Digər vacib məqam nəqliyyat-kommunikasiya xətlərinin təsdiq olunması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, eləcə də İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması məsələsidir. Azərbaycan hər zaman qeyd edib ki, biz əməkdaşlığa daha çox üstünlük veririk. Qarşılıqlı kommunikasiyaların açılması sayəsində Azərbaycan bölgədə böyük bir coğrafi məkanı birləşdirəcək nəhəng bir qovşağa çevriləcək. Ölkəmiz artıq Avrasiyanı əhatə edən çox əlverişli bir logistika mərkəzinə çevrilib və bunu daha da genişləndirmək imkanı var. Azərbaycan bunu dəfələrlə vurğulayıb və sözügedən məsələ həmin sənəddə öz əksini tapmışdır.
Bu sənəd Ermənistanla Azərbaycan arasında münaqişəyə son qoyan və daimi sülhə çağıran ilk ən əhəmiyyətli sənəddir.
Sonda, qürurla qeyd edirəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız Brüsseldə düşmən üzərində növbəti Ümummilli Zəfərini qazandı.
Vüqar Məmmədov,
YAP Saatlı rayonu 15 saylı Ərazi ilk partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB