Türkiyə ilə Azərbaycan arasında əlaqələr artan dinamika üzrə inkişaf edir - MÜNASİBƏT BİLDİRİLDİ
“Türkiyə ilə Azərbaycan arasında hərbi əlaqələr digər sahələrdə olduğu kimi son illərdə yalnız və yalnız artan dinamika üzrə nümayiş etdirilir”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
Onun sözlərinə görə, bu görüşlərin əsas məqsədi Azərbaycan ordusunu türk silahlı qüvvələrinin standartları səviyyəsinə uyğunlaşdırılması ilə daha çox əlaqələndirilir: “Digər tərəfdən isə Azərbaycanla Türkiyə arasında hərbi texniki sahədə və digər maraq doğuran məsələlər ətrafında davamlı olaraq fikir və təcrübə mübadilələri aparılır. Azərbaycanla qardaş Türkiyə bir çox sahələr üzrə əməkdaşlıq edir. İki dövlət arasında hərbi sahədə təlimlər keçirilir. Bu görüşlər Azərbaycan ordusunun türk ordu modelinə keçidi baxımından çox vacibdir. Digər tərəfdən isə Azərbaycan ilə Türkiyə arasında hərbi kəşfiyyat sahəsində birgə əməkdaşlıq, məlumat mübadiləsi baxımından bu görüşlər mühüm əhəmiyyət kəsb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB