Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı təqdim olunmuş təkliflərin Ermənistan tərəfindən qəbul edilməsi həm də möhtərəm Prezidentimizin obyektivliyindən və ədalətliliyindən irəli gəlir.
Azərbaycan tərəfindən irəli sürülmüş Sülh təkliflərinin Ermənistan tərəfindən qəbul edilməsi İlham Əliyev diplomatiyasının zəfərinin növbəti təntənəsidir.
Bildiyimiz kimi bugünlərdə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarlz Mişelin dəvəti ilə Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldəki ikitərəfli və üçtərəfli görüşmələrin nəticələri həm ölkəmizdə, həm də dünya mətbuatında ən çox müzakirə olunan məsələlərindən biridir. Postmüharibə dövründə iki ölkə arasında münasibətlərin normallaşması üçün Azərbaycan tərəfindən irəli sürülmüş Sülh təkliflərinin Ermənistan tərəfindən qəbul edilməsi qəbul etməsi sözün həqiqi mənasında İlham Əliyev diplomatiyasının zəfəridir. İstər mətbuatdan, istər Aİ Şurası Prezidentinin Bəyanatından, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin açıqlamasından bir daha bunun şahidi olduq.
Bildiyimiz kimi hələ bir müddət öncə Azerbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması və Sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfi öz şərtlərini Ermənistana rəsmi olaraq bildirmişdi. Azərbaycanın Xarici İşlər Nazirliyinin rəhbərliyi də dəfələrlə bu təkliflər paketini açıqlamış və şərh vermşdi. Beş təklifdən ibarət olan bu yol xəritəsi ilə bağlı həm ölkədaxilində, həm də ölkəxaricində mətbuatda geniş müzakirə olunmuşdu və bugün də müzakirə davam etməkdədir. Qürurverici haldır ki, bu təkliflərin bütün maraqlı tərəflər tərəfindən xüsusən də, Aİ Şurası, ABŞ, Qardaş Türkiyə və Rusiya tərəfindən dəstəklənmişdir. Normallaşma paketinin, bu paketə daxil olan təkliflərin məhz Azəebaycan tərəfindən hazırlanması və təklif olunması məhz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Milli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin gücündən qaynaqlanır. Bir mənalı olaraq etiraf etməliyik ki, bu savaşa qədər təcavüzkar dövlət və onun təmsilçiləri o qədər azğınlaşmışdılar ki, özlərini işğalçı tərəf kimi yox, qalib tərəf apararaq, vaxtaşırı olaraq şərtlər irəli sürməklə, Azərbaycanı məğlubiyyətlə barışmağa çağırırdılar. Sözsüz ki, möhtərəm Prezidentimiz daima müxtəlif mötəbər tədbirlərdə onlara layiqincə cavab vermiş və erməni faşizmini, onları dəstəkləyən qüvvələri ifşa etmişdir. Hər kəsə məlumdur ki, cənab Prezident hər çıxışında heç vaxt Qarabağ problemində güzəşt etməyəcəyini bildirdi. Sözsüz ki, onun bu fikirləri bütün ermənipərəst qüvvələrə , xüsusən ATƏT-in Minsk qrupunun həmsədrliyinə də ünvanlanmışdı. Beləliklə O, “..mən nəyin nə vaxt və necə etmək lazım olduğunu özüm bilirəm…” tarixi ifadəsi ilə 44 günlük Vətən müharibəsində verdiyi sözü əməlində sübut etmiş oldu və xalqına dünya erməniliyi üzərində qələbə qazandırmış oldu. Xüsusi qeyd etmək istərdim ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı təqdim olunmuş təkliflərin Ermənistan tərəfindən qəbul edilməsi həm də möhtərəm Prezidentimizin obyektivliyindən və ədalətliliyindən irəli gəlir. Beynəlxalq aləmdə onun böyük nüfuza malik olması da məhz bu səbəbə görədir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Əslində iki ölkə arasındakı münasibətlərin tənzimlənməsində həyati dərəcədə vacib olan və möhtərəm Prezidentimiz tərəfindən hazırlanmış, bir-birini tamamlayan bu təkliflər həm də müvafiq beynəlxalq təşkilatların, əsasən də otuz il ərzində fəaliyyəti ilə bacarıqsız bir institut olduğunu sübut etmiş ATƏT-in mandatına aid idi. Qeyd etdiyim kimi, bu təkliflərin bütün tərəflər tərəfindən dəstəklənməsilə güclü dövlət adamı və diplomat olan möhtərəm Prezidentimiz beynəlxalq aləm tərəfindən bir daha qəbul olundu. 5 təklifin hər biri; dövlətlərin birbirlərinin müstəqilliyi , torpaq büttövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və siyasi siyasi müstəqilliyin qarşıləqlı tanıması, dəvlətlərin birbirlərinə qarşı torpaq iddiasında olmaması kimi təkliflər hər biri həm Azərbaycanın, həm də Ermənistanın tam marağını təmin etməsi bir daha cənab Prezidentin dühasına sübutdur.
Beynəlxalq səviyyədə yüksək dəyərləndirilən bu təkliflər paketinin həyata keçirilməsi hər iki ölkə bir-birlərinin güvənliğinin təhdid edilməsindən, siyasi müstəqilliyinə və torpaq bütünlüyünə qarşı təhdid və güc istifadə edilməsindən və BMT Antlaşmasının məqsədlərinə zidd olan bütün durumlardan qanuni olaraq sığortalanmış oldu.
Qeyd etmək istərdim ki, Vətən müharibədindən sonra keçirilən bütün görüşlərdə möhtərəm Prezidentimiz tərəfindən səsləndirilmiş və bütün bəyanmamədə təsbit olunmuş sərhədlərin təyin edilməsi və diplomatik əlaqələrin qurulması, nəqliyyat və kommunikasiya xətlərinin açılması, maraqları təmin edən əlaqələrin qurulması hətta Ermənistanın da mənafeyinədir.
Yekun olaraq, bildirmək istərdim ki, Ermənistanın bir sıra rəsmilərinin bu təkliflərə münasibətini bildirən fikirləri xüsudən də Baş nazir Nikol Paşinyanın öz çıxışında "Azərbaycanın təkliflərində qəbul edilə bilməyən bir şey yox." ifadə etməsi özü-özlüyündə yaranmış hər bir sualın cavabıdır.
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB