Xəzərin statusu məsələsi sahilyanı ölkələrin qarşılıqlı münasibətlərində çox mühümdür - POLİTOLOQ AÇIQLADI
"Xəzərin statusu məsələsi sahilyanı ölkələrin qarşılıqlı münasibətlərində çox mühüm və əhəmiyyətli yerlərdən birini tutur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə, bir müddət öncə Xəzərin hüquqi statusu ilə bağlı sənəd qəbul olunsa da, İran hələ də Konvensiyanı imzalamayıb: "Bu müqavilə 20 ildən çox davam edən danışıqlardan sonra imzalanıb. Müqavilə, tərəflərə resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirmək və digər qüvvələrin orada hərbi birlik yaradılmasına mane olmaq imkanı verir. Ümid edirəm ki, Xəzəryanı dövlətlərinin xarici işlər nazirlərinin görüşü Xəzərin hüquqi statusu məsələsinin tam həllini tapmasında, Türkmənistan qazının Xəzərin dibi ilə Avropaya nəqlində razılıq baxımından önəmli hadisələrlə yadda qalacaq".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB