“Mən artıq nə Əli Kərimlini, nə də onun kimiləri qınamıram. Yazıqlar neynəsinlər? Otuz ildir xaricdən milyonlarla pul alıblar ki, hakimiyyətə gələcəyik, ölkəni də sərəcəyik sizin ayaqlarınızın altına, nə maraqlarınız varsa hamısını təmin edəcəyik”. “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Təhmasib Novruzov bildirdi ki, xaricdəkilər də elə Ə.Kərimli və digərləri kimi ağıldan bir az kasad olduqlarına görə, bunlara inanıb, milyonları axıdıblar: “İndi baxırlar ki, mayaları batır, yapışırlar bu diligödək siyasi dələduzların yaxasından ki, heç olmazsa qışqırıb-bağırın, səs-küy salın, görək Azərbaycan hakimiyyətindən maraqlarımız üçün nə qopara bilirik. Diligödəklik də pis şeydi axı! Ona görə də, məcburdurlar ki, boş gilizi qoyub tüfəngə guruldatsınlar, sonra da ağalarına hesabat versinlər ki, baxın, biz hələ ölməmişik. Amma özləri də gözəl bilirlər ki, onlar canlarını (əlbəttə, siyasi mənada) çoxdan tapşırıblar. Siyasi meyitlərin də belə çabalamaları təbiidir. Baxın, təxminən bir il əvvəl Əli çıxdı partiyadaşlarının qarşısına və etiraf elədi ki, biz artıq məğlubuq və heç vaxt hakimiyyətə gələ bilməyəcəyik. Adama deyərlər, hakimiyyətə gələ bilməyəcəyinə əminsənsə, bəs niyə hür..., üzr istəyirəm, qışqırırsan? Çəkil siyasətdən, get normal bir biznes qur, dolan də... Gərək belə siyasi bizneslə özünü də, ağalarını da rüsvay edəsən? Bu yerdə məşhur məsəl yadıma düşdü: itə deyirlər niyə hürürsən, deyir qorxuzuram, deyirlər quyruğunu niyə buluyursan, deyir özüm də qorxuram. İndi bilə-bilə ki, bu millət onların dabbaxdakı ağınmış gönlərinə yaxşı bələddir və onlara heç vaxt iqtidarlıq səlahiyyəti verməyəcəklər, yenə arxalarını yerə qoymaq istəmirlər. Qoya da bilməzlər, çünki borcları var. Borclarını ödəmək üçün də gecə-gündüz başlarını dəng eləyirlər. Ona görə də, bunları qınamaq lazım deyil. Qoy qışqırsınlar, yəqin boğazlarının deşilən vaxtı olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB