Azərbaycanda yeni növ koronavirus "COVID-19" pandemiyası iki ildən artıqdır ki, davam edir. Nəinki Azərbaycan, eləcə də dünyanın ən inkişaf etmiş ölkələri qısa bir zamanda bunun qarşısını almaqda səfərbər oldular. Dünya səhiyyəsi bu pandemiya ilə mübarizədə hansısa vasitələrdən istifadə etmiş olsa da hələ də gizli düşmənə qalib olduğunu göstərə bilməyib. Bu müddət ərizində ölkəmizdə virusa qarşı qabaqlayıcı tədbirlər görüldü. Dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı xalqımızı pandemiyaya qarşı mübarizədə həmrəyliyə səslədi.
Dövlət başçısının tapşırığı və sərəncamları ilə təxirəsalınmaz tədbirin həyata keçirilməsinin nəticəsidir ki, bu günün mənzərəsi dünya ölkələri ilə müqayisədə aydın görünür Gizli düşmənlə üz-üzə qalmaq, onunla mübarizə aparmaq nə qədər çətin olsa da, Azərbaycan həyata keçirilən tədbirlər düna dövlətlərinə bir nümunə və model olaraq təqdim olundu. Məlumdur ki, bu pandemiyadan ən çox əziyyət çəkən dövlətlər sırasında ABŞ, Hindistan, Braziliya kimi dövlətlər liderlik edirlər. Ötən həftə dünyada 10 milyondan çox insan koronavirusa yoluxması və 45 mindən çox insanın bu xəstəlik nəticəsində həyatını itirməsi hələ də COVID-19 virusunun meydan oxumasından xəbər verir. Əvvəlki yeddi gün ilə müqayisədə ölüm hallarının sayı 43 faiz artıb, yoluxanların sayı isə 14 faiz azalıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına istinadən dünyada həftə ərzində bütün yeni yoluxma hallarının 49 faizi Avropanın payına düşür. Bu regionda yoluxma sayı 4 faiz azalıb. Ölüm hallarının artımı Amerikada (182 faiz) və Cənubi-Şərqi Asiyada (116 faiz) qeydə alınıb. Qalan regionlarda ölüm hallarının nəzərəçarpacaq dərəcədə azaldığı müşahidə edilib: Afrikada (30 faiz), Şərqi Aralıq dənizi regionunda (22 faiz) və Avropada (17 faiz).
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına nəzər yetirsək isə görərik ki, son günlərin statistik göstəricilərində yoluxma, ölüm halları kəskin şəkidə azalıb. Belə ki. iki rəqəmli yoluxma faktları qeydə alınır. İndiyədək ölkədə ümumilikdə, 791 min 876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 865 nəfər müalicə olunaraq sağalıb, 9 min 691 nəfər vəfat edib. Aktiv xəstə sayı 320 nəfərdir.
Əlbəttə ki, yeni qlobal pandemiya – koronavirus COVID-19 infeksiyası Yer kürəsini, eləcə də ölkəmizin vətəndaşlarının sağlamlığını təhlükə altına aldığı bir zamanda Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldı.
Əlbəttə ki, yoluxma sayındakı rəqəmlər arxayınçılıq yaratmır. Sərhəd tanımayan qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər davamlı həyata keçirilir. COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcuddur. Şübhəsiz ki, hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışır.
DÖVLƏT-VƏTƏNDAŞ ETİMADI
Yaşadığımız zamandan bizə aydın oldu ki, yoluxma və ölüm saylarındakı artım vaksinasiyanı qaçılmaz etdi. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanıldı. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş "Vaksinasiya Strategiyasına" əsasən artıq xeyli sayda insanlar peyvənd olunub və vaksinasiya prosesi bu gün də davam edir. Təbii ki, COVID-19-la mübarizədə qalib gəlmək üçün virus əleyhinə peyvəndlənmə vacibdir. Vaksinasiya zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer", "Sinovac" kimi peyvəndləri istifadə edilir.
İnfeksiyaya qarşı mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəyliyə, hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirdi. Ümumiyyətlə, ölkəmizdə, sözün əsl mənasında, vətəndaş-dövlət etimadı mövcuddur. Görülən tədbirlər nəticəsində minlərlə insanın həyatı qorunub. Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xalqının rifahı onun üçün hər şeydən üstündür.
Onu da vurğulamaq yerinə düşər ki, artıq biz bu pandemiya ilə yaşamaq məcburiyyətindəyik. İnsan orqanizmi bu virusu tanımalı və ona qarşı immunitet formalaşmalıdır.
Bu gün isə hər bir vətəndaş bu virusa qarşı həmrəyliyini davam etdirməlidir. Bütün qurumlar, müəssisələr, obyektlər hazırlanmış təlimatlara riayət etməlidirlər. Sanitar qaydalara əməl etməməsi yoluxma sayının daha da artmasına səbəb ola bilər. Virusun yayılmasının qarşısının alınması üçün bütün mümkün imkanlardan istifadə edilib və bu proses bu gün də uğurla davam etdirilir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB