Əli Kərimli bu cür çıxışları ilə özünü daha da hörmətdən salır - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Siyasətçilər hər şeyi dəqiqliklə yoxlayıb, ondan sonra fikir bildirməlidirlər. Xüsusən də özünü lider sayan şəxslər çox diqqətli olmalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Əli Kərimli Xocalıdan Azərbaycan əsgərlərinin çıxarılması ilə bağlı tələm-tələsik bəyanat verdi: “Hansısa mənbəyə istinad etmədən, tənqid etmək xətrinə belə xətalar etmək doğru deyil. Əgər bu məlumatın mənbəyi yoxdursa, Əli Kərimli necə belə bir bəyanat verib? Bu, çox ciddi bir məsələdir.
Birmənalı şəkildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi bəyanat verir ki, Xocalının Fərrux kəndi tamamilə Azərbaycanın nəzarətindədir. Ona görə də istər Qərb, istərsə də Rusiya tərəfinin hər hansı tənqidlərinə Azərbaycan tərəfi lazımi cavabı verir. Bu baxımdan, Əli Kərimli bu cür çıxışları ilə özünü daha da hörmətdən salır”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB