“Human Rights Watch”ın Azərbaycana qarşı qərəzli, ədalətsiz və tez-tez şantaj xarakterli bəyanatlar səsləndirməsi ilk dəfə deyil. Ümumiyyətlə, bu təşkilatın əsasən erməni maraqlarından çıxış etməsi ənənə xarakterini alıb. Bu baxımdan, adıçəkilən qurumun Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Georgi Qogiyanın (Giorgi Gogia) tvitində son iki həftədə ikinci dəfə Azərbaycanın nəzarət etdiyi və suveren ərazisindənın keçən qanunsuz qaz kəmərinə görə "Dağlıq Qarabağ əhalisinin dondurucu soyuqda istiliksiz qaldığını" deməsi açıq-aşkar qərəzli, erməni lobbisi tərəfindən verilən “ev tapşırığı” olduğunu açıq-aydın nümayiş etdirməkdədir”.
Bu fikirləri SİA-ya “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, tanınmış sosial ekspert və ictimaiyyətçi Gülayə Səfərova mövzu ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, guya sözdə humanizm prinsiplərindən dəm vuran “Human Rights Watch”ın yetkilisi əslində ikili stnadartlarla çxış etməsi ilə yanaşı, həm də ədalətli yanaşma, doğru nəticə çıxarma düşüncəsindən nə qədər uzaq olduğunu sübuta yetirmiş olur: “Maraqlıdır, cənab Qogiya nəyə görə Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı tətbiq etdiyi vəhşilikləri yada salmır, Gəncənin, Bərdənin, Tətrətin, Mingəçevirin ballistik raketlərlə hədəfə alınması, qadın və uşaqlarımızın, qocalarımızın qətlə yetirilməsi haqqında etirazlı səsini ucaltmır? Əlbəttə, həqiqəti demək, doğru nəticəni çıxarmaq belələrinə sərf etmir, əks halda qulluq göstərdikləri dairələr onların yemlərini kəsə bilər, necə deyərlər, çörəksiz qalarlar. Bu xüsusda, “Human Rights Watch” adlı təşkilat yetkilisinin hansısa qərəzli bəyanat yaymasının, sosial şəbəkə vasitəsi ilə fikir bildirməsinin nə əsası, nə də məntiqi var”.
“Əslində, hər kəs öz işi ilə məşğul olmalı və işini dürüst görməlidir”, deyən tanınmış ictimaiyyəti və sosial ekspert bir sıra digər arqumentləri də önə sürüb.
Gülayə Səfərovanın sözlərinə görə, isterik şəkildə “humanitar fəlakət” pərdəsi altında yazılan tvit birbaşa erməni diasporunun, lobbiçi təşkilatlarının ABŞ-dakı, Fransadakı dairələrinin sifarişidir. Lakin gəlin görək, “Human Rights Watch” rəsmisi səs-küy saldığı “qaz fəlakəti” haqqındakı “məzlumkeş”, “əzabkeş” tvit yaymasını hansı əsaslarla isbatlaya bilər? Çünki onun özü də çox yaxşı bilir və dərk edir ki, qərəzli yanaşmasına qarşı çoxsaylı arqumentlərimiz mövcuddur. Belə olan halda istər təşkilatın, istər onları maliyyələşdirənlərin, istərsə də qahmar çıxdıqları separatçıların, silahlı quldurların “humanitar fəlakət” barəsində danışmağa hər hansı hüquqları, mənəvi haqları varmı?
SİTAT: “Ermənistan uzun illər 400 min əhalisi olan Naxçıvan Muxtar Respubikasını digər blokadalarla yanaşı, həm də qaz blokadasında saxlayıb. Minlərlə naxşıvanlı qazsız, elektriksiz vəziyyətdə blokadaya sinə gəriblər.
O cümlədən, digər istiqamətlərdə də işğal altındakı ərazilərimizdə ən vəhşi üsullarla humanitar fəlakətlər yaşadılıb. Misal üçün, 30 il Sərsəng su anbarını istifadə edən işğalçılar Azərbaycan əhalisinə qarşı su terrorunu həyata keçirib. Çaylarımızı müxtəlif kimyəvi məhlullarla zəhərləyib, partlayıcı vasitələri axar çaylarla axıdaraq, onlarla insanlarımızın, uşaqlarımızın həyatlarına qəsdlər törədib. Və ən əsası, Ermənistan bugünə qədər itkin sayılan 4000 azərbaycanlının taleləri haqqında heç bir məlumat vermir! “Human Rights Watch”ın məsul təmsilçisi Qogiya bu barədə niyə bir kəlmə də olsun tvit paylaşmır?!”
Gülayə Səfərova sonda bildirib ki, artıq Ermənistanın Azərbaycana qarşı işlətdiyi cinayətkar əməlləri Beynəlxalq İnsan Haqları Məhkəməsində araşdırılır və çox yaxın vaxtlarda cinayətkarlar öz layiqli cəzalarını alacaqlar, habelə dəymiş mənəvi və s. ziyanların da ödənilməsi prosesi ən yüksək tələblərimizdən biridir: “Maraqlıdır, “Human Rights Watch” həmin vaxtda da çıxarılan qərarlara öz etirazını bildirməyə cürət tapacaqmı? Yaxşı olardı ki, cənab Qogiya günaşırı olaraq sifarişli tvitlər yazıb özünü ifşa edənə qədər bu suallara cavab axtarsın, əks halada, “Human Rights Watch” yetkililəri daha çox ifşalara məruz qalmalı olacaqlar”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB