“Mən inanmıram ki, Azərbaycanın razılığı olmadan Türkiyə tərəfi Ermənistanla sərhədləri açsın”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, ermənilər əvvəlcə azərbaycanla bütün problemlərini həll etməlidir: “Əvvəlcə ermənilər sərhədlərin delimitasiyasını həyata keçirərək kommunikasiya xətlərinin açılmasına və sülh müqaviləsini imzalamaq üçün işçi qüvvəsinin yaradılmasına razılıq verməlidir. Daha sonra tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra Türkiyə öz tərəfindən addımlar ata bilər. Bununla da Ermənistanla sərhədləri açaraq diplomatik əlaqələrin yaradılması barədə müəyyən razılaşmalar əldə oluna bilər. Əks təqdirdə onların söylədikləri hər bir şey əks təbliğat mahiyyəti daşıyır. Çünki bu məsələlər hamısı kompleks xarakterlidir. Ona görə də bunların həllində Türkiyə və Azərbaycan sinxron şəkildə hərəkət edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB