Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir - YENİLƏNİR-FOTOLAR
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun cənazəsi Nizami Kino Mərkəzinə gətirilib və onunla vida mərasimi keçirilir. SİA xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edir.
“Bu, böyük itkidir. Valideyni, atanı itirmək, şübhəsiz, ağırdır”. Bunu jurnalistlərə açıqlamasında mərhum yazıçı Rüstəm İbrəhimbəyovun oğlu Fuad İbrahimbəyov deyib.
“Yaxşı ki, atam öz vətənində dəfn olacaq. O, istedadlı yazıçı, gözəl ata idi. Əlbəttə, bu, bizmi üçün gözlənilməz oldu. Ata itkisinin övlad üçün ağırdır. Atam son sözündə dedi ki, dostlarıma salam söyləyərsən”, - o bildirib.
Xalq şairi Ramiz Rövşən isə söyləyib ki, R.İbrahimbəyovun ölümü ağır itkidir.
"Xalqımız çox böyük sənətkarını itirib. Rüstəm İbrahimbəyov bir millət, xalq, hətta dünya üçün əvəz olunmaz şəxsdir. Onun gedişindən sonra böyük bir boşluq görünür. O boşluq hər yerdən sezilir və get-gedə daha sıx görünəcək”,- o bildirib.
Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün I Fəxri xiyabana aparılacaq.
Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB