200-dən çox insan təyyarə vasitəsilə təxliyyə olunur - EKSKLÜZİV - MOLDOVA SƏFİRİ AÇIQLADI

200-dən çox insan təyyarə vasitəsilə təxliyyə olunur - EKSKLÜZİV - MOLDOVA SƏFİRİ AÇIQLADI

"Hazırda Ukraynadan azərbaycanlıların təxliyyəsi prosesi öz qaydasında davam edir". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli Səfiri Qüdsi Osmanov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin tapşırığı ilə təxliyə prosesi uğurla davam edir: "Bura böyük nümayəndə heyəti gəlib. Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Miqrasiya Xidməti və digər dövlət qurumları kömək edirlər. Habelə burada həkimlərimiz və psixoloqlarımız var. İlk vaxtlarda yəni münaqişənin ilk həftələrində daha çox insan gəlirdi. İndi isə bir qədər azalıb. Bu gün Moldovada qalan azərbaycanlıların sayı təxminən 200-250 nəfərdir. Ölkə üzrə 200-dən çox insan təyyarə vasitəsilə təxliyyə olunur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə