Fond dərhal atəşkəsə və uşaqları qorumaq üçün beynəlxalq humanitar hüquq öhdəliklərinə hörmət etməyə çağırıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) martın 9-da Donetsk vilayətinin Mariupol şəhərində doğum evinə hücumu pisləyir.
SİA xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna fondun mətbuat xidmətindən məlumat verilib.
UNİCEF-in direktoru Ketrin Rassel bildirib: “Mən bu gün Mariupolda doğum evinə hücum barədə xəbərdən dəhşətə gəldim. Hücum zamanı körpə uşaqlar dağıntılar altında qalıb. Mülki əhaliyə və obyektlərə, xüsusən də xəstəxana və məktəblərə hücum yolverilməzdir. UNİCEF dərhal atəşi dayandırmağa və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə əməl etməyə çağırır. Humanitar təşkilatlara köməyə ehtiyacı olan uşaqlara yardım üçün şərait yaradılmalıdır”.
Qeyd edək ki, Rassel öz bəyanatında "Ukrayna uşaqlarının dərhal sülhə ehtiyacı var!"-deyə əlavə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB