Rusiya - Ukrayna münasibətləri qısa müddətdə sonlanmayacaq - POLİTOLOQ ŞƏRH ETDİ
"Rusiya-Ukrayna müharibəsində hələ də ən gərgin dövr yaşanmır. Baxmayaraq ki, Ukraynada şəhər infrastrukturu çox ciddi dağıntılara məruz qalıb və Rusiya qoşunlarının hücum etdiyi ərazilərdə insanlar kütləvi şəkildə çıxardılıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, danışıqların növbəti mərhələsində ortaq məxrəcə gəlinməyib: "Savaşın ilk günlərindən aqressiv ritorika hər iki tərəfdən müəyyən qədər azalıb. Amma nəticəni dəyişdirmək üçün pozitiv bir hal baş verməyəcək. Ümumiyyətlə 3-4 görüşə Rusiya-Ukrayna savaşının sonlanacağını düşünmək də rasional olmaz. Fikrimcə, danışıqlar prosesi olduqca mühümdür. Çünki indiki halda Ukrayna ərazisində humanitar atəşkəsin elan olunması və insanların çıxması üçün humanitar dəhlizlərin formalaşması baxımından danışıqlar müstəsna əhəmiyyətə malikdir. Rusiya-Ukrayna münasibətlərində köklü dəyişikliklər üçün belə qısa müddətdə hansısa yeniliklər olmayacaq. İndiyənə qədər Rusiya NATO, ABŞ və bir sıra Qərb dövlətləri ilə danışıqlar aparıb. Lakin Qərb öz siyasi və imperializ maraqlarını düşünür. Bu baxımdan bu məsələ ilə bağlı daha doğru qərarı Rusiya və Ukrayna rəhbərliyi verə bilər. Ümumilikdə bu iki dövlət arasındakı zədələnmiş münasibətlər uzun bir müddət davam edəcək. Daimi hərbi hərəkətlilik məsələsinin qısa bir müddətdə yekunlaşacağını düşünməsəm də, ən azından müharibənin uzun müddət sürməyəcəyini düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB