Şamaxıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Şamaxıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

YAP Şamaxı rayon təşkilatı 05.03.2022-ci il tarixində Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə İdmançılar, ərazi partiya təşkilatlarının gənc sədrləri və Şamaxı dövlət regional kollecinin tələbələri iştirak etmişlər. Tədbirdə ilk öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı tədbiri açaraq qeyd etdi ki, ölkəmizdə bədən tərbiyəsi və idman dövlətin, şəxsən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin gündəlik nəzarəti və daimi qayğısı ilə əhatə olunmuşdur. Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi də bu qayğının parlaq təzahürüdür. Sağlamlığın qorunması və möhkəmlənməsində, gənclərin fiziki inkişafında, ölkənin idman şərəfinin beynəlxalq aləmdə daha da uca tutulmasında bədən tərbiyəsinin əhəmiyyəti və rolunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il martın 5-i Azərbaycan Respublikasında “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Tədbirdə çıxış edən Bəhlul Əlosmanov, Rüstəm Musayev, Elçin Nəcəfov və Asif Şirəliyev bildirdilər ki, 5 mart Azərbaycan idmanı üçün xüsusilə əlamətdar bir gündür. 1995-ci il martın 5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı fərmana əsasən əhali arasında sağlam həyat tərzinin təbliği, bədən tərbiyəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında İdman Fondu yaradılmışdır. Çıxışlarda ölkəmizdə idman sahəsində aparılan uğurlu siyasətdən də bəhs edildi. Sonda Tural Qasımlı idmançılarımızı əlamətdar gün münasibətilə təbrik etdi və tədbiri yekunlaşdırdı.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə