“İstisna olunmur ki, Moskva Paşinyanı tarixin arxivinə göndərsin” - AÇIQLAMA
“Rusiya Ukrayna müharibəsində irəliləyiş əldə edə bilsə Paşinyan hakimiyyətdən uzaqlaşdırılacaq. Çünki Putin indi çalışır ki, Rusiya ətrafında özünə sadiq hökumətləri təmin etsin”. Bunu SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev bildirib.
Onun sözlərinə görə, Rəsmi Moskva Paşinyanı istisna olunmur ki, tarixin arxivinə göndərsin: “Təbii ki, Rusiya Paşinyana qarşı planlarını tədricən həyata keçirəcək. Yəni Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması dərhal olmayacaq. Müəyyən amillərdən istifadə ediləcək. Hansı amillərdən? O amillərdən ki, xalq narazıdır, ictimai- iqtisadi vəziyyət ağırdır. İnsanların təbii ki, burda etirazı olacaqdır və bu etiraz nəticəsində də Paşinyanın getməsi mümkün ola bilər”.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB