Anama ermənilər əsir düşəndə iynə vurmuşdular - XOCALI SOYQIRIMININ ŞAHİDİ SİA-YA DANIŞDI

Anama ermənilər əsir düşəndə iynə vurmuşdular - XOCALI SOYQIRIMININ ŞAHİDİ SİA-YA DANIŞDI

"Xocalıda böyüyüb, boya-başa çatmışam. Xocalı soyqırımında bir çox qohumlarımı itirmişəm". Bu sözləri SİA-ya açıqlamasında Xocalı sakini Zəminə Abdullayeva deyib.

Onun sözlərinə görə, demək olar ki, qohumlarının hamısı şəhid olub: "Xocalı soyqırımında mənim atam və anam şəhid olublar. Xocalı faciəsi baş verən zaman atamı, anamı və yoldaşımı ermənilər əsir götürdülər. Anama ermənilər əsir düşəndə iynə vurmuşdular, əsirlikdən qurtulandan 3 gün yaşadı. Bizim çox itkimiz olub. Qohumlarımdan bir neçəsindən hələ də bir xəbər yoxdur. Biz Xocalını unuda bilmərik. Çünki Xocalı unudulası bir hadisə deyil. Xocalı soyqırımı bizim daim yaddaşımızda, ürəyimizdə qalacaq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə